aynur-talibli

AYNUR TALIBLI

 1990 yılında Oğuz Türk yurdu Azerbaycan’ın başkenti Bakü’de dünyaya geldim. 2012 yılında Bakü Kızlar Üniversitesi’nin Azerbaycan Türkçesi ve Tarih Fakültesini bitirdim. Üniversitede okuduğum dönemde bir çok toplantılarda ve programlarda Türk toplumuna və tarihine dair edindiğim bilgilerle ve fikirlerimle  katkıda bulunmuşumdur. 2015 yılında Yüksek Lisans eğitimi için ikinci vatanim Türkiye’ye geldim. Sabahattin Zaim Üniversitesi’nde Tarih ve Medeniyet Araştırmaları üzerine eğitim ve öğrenim gördüm. 2015 yılında çeşitli konularda bir dizi makalelerim Azərbaycan ve Türkiye’de yayınlandı. Yayınlanan yazılarım ; ‘Dilimiz milli kimliğimiz’, ‘Azeri yoksa Türk milleti’, ‘Türk toplumunda kadının yeri ve değeri’, ‘Yeni Türk nesli nasıl yetişdirmeli?!’, ‘Türk TÖRESİ’, ‘BİZ Türklerin eski inanci’, ’Sen bizi bağışla Zehra’ v.b. Bununla bərabər Azərbaycan’da ‘Edalet’, ’Cumhuriyyet’ və ‘Şərq’  qazetelerinde bir sıra makalelerim yayınlandı. Ocaq Tv internet kanalında araştırmacı olarak misafir oldum. Bu kanalda yorumlarım yayınlandı. ‘Sonuncu əsr’ diye dergide bir çok makalelerim və araştırmalarım yayınlandı.

TRT’ye sesleniyorum ..! “KUTLU ZAFER BAKÜ” dizi olsun.

          YAZAR:AYNUR TALIBLI. TARİH VE MEDENİYET   ARAŞTIRMACISI.İSTANBUL 2019.    Türk'ün şanlı tarihine kanlarıyla zaferler yazan ,Türk İslam ülküsünü yüce tutan ,kalbindeki Allah aşkı ve vatan sevgisiyle düşmanı Türk'ün toprağında barındırmayan kahramanlarımız her zaman bizim gurur kaynağımız olmuşdur. Fatih Sultan Mehmet Han Gazi’ye atfedilen “Türk olmak zordur, çünkü dünya ile savaşırsın,Türk olmamak daha zordur, çünkü Türk ile savaşırsın.” sözleri aslında tarihimizin özetidir diyebiliriz.Tek Türk ulusudur ki,asla sömürgecilik ve faşistlik gibi bir kara lekeyi tarihinin sayfasına yazmamışdır.Türk'ün eli asla masumun kanına bulaşmamışdır.Bugün eğer tarihimizle gurur duyuyorsak bunu asil atalarımızın kalblerindeki Allah aşkına ve vatan sevgisine borcluyuz. İşte bu aşkın ve sevginin gücüyle atalarımız hain-yağı düşmanı yenmişlerdir.    Prof.dr Tufan Gündüz hocanın söylediği gibi " Türk beklenendir". Evet ,Türk tarih boyu her zaman umutla beklenmişdir. Türk zalimin zülümünden mağdurun,zorda olan ümmetin beklediğidir. Ne zaman ki,Türk'ün şanlı Tuğu,bayrağı bir semada süzülüyorsa orada huzur vardır demektir. Çünkü Türk vefalıdır,cefakeştir,mazlumun yanında ve zalimin karşısındadır. Azerbaycan Türkü şair Ahmet Cavat Kafkas Türk İslam ordusunun zaferine armağan etdiği "Çırpınırdın Kara deniz" şirinde Türk'ün vefasından şu dizelerinde bahs etmişdir:       Çırpınırdın Kara deniz, bakıp Türk'ün bayrağına!      «Ah!..» deyerdin, heç ölmezdim düşebilsem ayağına!         Ayrı düşmüş dost elinden, İller var ki, çarpar sinen!..        Vefalıdır geldi-giden, Yol ver Türk'ün bayrağına   Bu sözleri okuyunca sakın benim soyuma olan sevgimden aşırı abartdığımı düşünmeyiniz.Bu gerçeğin özü ve tarihin sayfalarında yaşanan ve yazılandır. Aslında bu makaleyi yazmamın bir sebebi vardır. Bu yakınlarda son bölümü yayınlanan İrak'da olsada gönülümüzden ırakda olmayan Kut'dakı Kutlu Türk zaferini bizlere anlatan TRT dizisi "Kutlu Zafer" ve ya ilk adıyla  "Mehmetçik Kut'ül Amare'ni" izlerken bu makaleyi yazmak kararını aldım. Öncelikle "Diriliş Ertuğrul'',"Kutlu Zafer" gibi tarihimizle ilgili böyle güzel diziler yapıp yayınlayan TRT'ye özellikle teşekkür ederim. Bu diziler sayesinde yeni nesil Türk gençliğinin tarihimize ilgisi artıyor,özünü tanıyor ve zaferlerimizle gurur duyuyorlar. Ben bu makalemde TRT'ye sesleniyor ve bir Azerbaycan'lı Oğuz Türk kızı olarak Azerbaycan Türkleri ve Anadolu Türklerinin ortak zaferi olan "Kutlu Zafer Bakü'' isimli bir dizi yapmalarını rica ediyorum.  Çünki 1918 yılında kazanılan bu şanlı zaferin dünyada geniş kütleler tarafından duyulması , kadim Türk şehri Bakü' yü Türk yurdu Azerbaycan'dan koparmaya çalışan düşmandan kurtuluşunun ve Kafkas Türk İslam Ordusu'nun kahramanlığının anlatılması bakımından böyle bir dizinin yapılması önemlidir ,gereklidir. Bugün 1990 yılında Türk şehri Bakü'nün ikinci defa düşmandan kurtuluşu uğrunda şehit olmuş Azerbaycan Türkü kandaşlarıyla, candaşlarıyla Bakü' nün koynunda aynı şehitlikde yatan Kafkas Türk İslam ordusunun bireyleri Anadolu Türkü er oğlu er kandaşlarımızın,soydaşlarımızın desteği ve yardımıyla kazandığımız bu zafer çok önemli ve değerlidir. Bu şanlı zafer Azerbaycan Türkleriyle , Türkiye-Anadolu Türklerinin kardeşliğinin en güzel örneği en güçlü kanıtıdır. Eğer bu şanlı Ordu Bakü'ye desteğe gelmeseydi olanları Azerbaycan Türk'ü şairimiz Ahmet Cavat şu dizelerinde çok güzel anlatıyor: Şu karşıki duman çıkan bacadan  Sen gelmeden iniltilər çıkardı. Gecikseydin mazlumların feryadı Yeri, göğü, kainatı yakardı!  Ortak Türk Tarihimiz için bu kadar önemli kutlu zaferin vefa dolu kardeşlik destanının "Kutlu Zafer Bakü" isimli bir TRT dizisinde konu edilmesi ve yayınlanmasının çok gerekli olduğunu düşünüyor ve rica ediyoruz.P.S. Hər zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

AHİLİK –ƏXİLİK NƏDİR ?! Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri…..

YAZAR: AYNUR TALIBLI – TARİX VƏ MƏDƏNİYYƏT ARAŞDIRMAÇISI. İSTANBUL,2018.Tarixi ciddi və bilincli bir şəkildə araşdırdığımız zaman həqiqətən soylu atalarımızın nə qədər bilgili və uzaqgörən olduğunu daha yaxşı anlaya bilərik.  Müasir çağda bizlərin Avropa ölkələrinə olan bilincsiz və bir  baxımdan da şüursuz meylimiz  həqiqətdə bir çox cəhətdən zəifləməmizə səbəb olur.Ola bilər ki, bu gün bu zəifləməni və geriləməni hiss etmirik və müasir çağla uyğunlaşdığımızı hesab edirik amma çox təəssüf ki, ilərləyən zamanda bunun fəsadlarını daha dərindən hiss edəcəyik.Çünki, bu gün heyran olduğumuz Avropanın keçmişi çox qaranlıq və cəhalət doludur. Bu haqda öncədən yazdığım “Avropalaşaq,modernləşək, yoxsa özləşib Türkləşək?” isimli məqaləmdə bəhs etmişəm. Amma bu yazımda avropalıların heyran olduğumuz siyasi ,ticari əlaqələrində həyata keçirdikləri sistemin və qurduqları örgütlərin əslində biz Türklərin  tarixində və sosial həyatında daha öncədən var olan sistemlərin və örgütlərin təqlidi olduğu düşüncəsini-tezini doğrulayan bir təşkilatdan bəhs edəcəyəm. Sizləri bizlərin unutduğumuz yadlar tərəfindən örnək alınana ticari və siyasi bir təşkilat haqqında məlumatlandırmağa çalışacağam.Türkiyə Türklərinin ləhcəsində  “ahilik”,Azərbaycan Türklərinin ləhcəsində “əxilik “ olaraq adlandırılan və çoxlarının unutduğu ticari və siyasi bir sistem yazımızın mövzusudur.Azərbaycan türklərinin çoxu “əxilik” sözünü yaxın zamanda adını tez-tez duyduqlari  ABŞ-IN  MADDİ VƏ MƏNƏVİ OLARAQ DƏSTƏKLƏDİYİ VƏ  HƏM DƏ AVROPANIN MAŞASI OLAN   İŞİD adlanan terror təşkilatı ilə bərabər səsləndiyinə adət etsələr də, ARAŞDIRDIĞIMIZ BU sistemin qeyd etdiyimiz yaramaz terrorist sürüsü ilə heç bir əlaqəsi yoxdur. Ola bilər ki,  yaramaz terroristlər ərəbcə “ qardaş və qardaşlıq” mənasını verən əxi və ya əxilik kəlməsini öz tərzlərində mənimsəyiblər  və bir -birlərinə “əxi” deyə müraciət edirlər ,amma siyasi və ticari bir sistem olan əxiliyin onlarla həç də  əlaqəsi yoxdur. Sizlərə öncədən bildirmək istəyirəm ki, araşdırmamızın mövzusu olan əxilik Türk kültürünün ən önəmli parçasıdır və bir mənəvi dəyərdir.Kim bilir bəlkə də ABŞ-IN maşası,əmr qulu olan terror təşkilatı İŞİD  yandaşları bilərək bu kəlməni dillərinə dolayıb bu yolla insanlar arasında bu sözə qarşı mənfi- itici yanaşmanın, Türkiyə Türklərinin deyimi ilə “ön yargının”  gündəmdə olmasına xidmət edirlər. Eynən Terror örgütlərinin adına bilərək,qəsdən “ İslam” adını əlavə etdikləri kimi  “əxilik” SÖZCÜYÜNÜ də qutlu və tarixi dəyərini bilərək xüsusi ustalıqla bu kəlməni də istifadə edərək Türk-İslam düşmanlarına xidmət edirlər.Amma əminliklə söyləyə bilərəm ki ,araşdırmamızı oxuduqdan sonra düçüncəniz yaxşı mənada dəyişəcək.Ahilik və ya əxilik təşkilatının anlamaq  üçün onun toplumsal-sosial həyatda nə iş icra etdiyini və nə üçün fəaliyyət göstərdiyini yaxşı bilmək gərəklidir. Bu səbədən də öncə “ahi və  ya əxi” kəlməsinin qaynağı və tarixi sürəcdə qazandığı mənaları araşdırmaq önəmlidir. (1)Çünki, əxi kəlməsinin qaynağı və mənası ilə əlaqədar iki fərqli görüş araşdırmaçılar tərəfindən irəli sürülmüşdür. Birinci görüşə görə; əxi kəlməsinin qaynağı Türkcə olub “akı” kəlməsinin Anadoludakı söyləniş tərzindən  meydana gəldiyi  şəklindədir (2).  Bu fikirdə olanların əsaslandıqları təməl qaynaq qədim Türkcədə yazılmış olan mətnlərdir. Bu mətnlərdə “akı”sözcüyü comərd ,əliaçıq mənalarında istifadə edilmişdir. Burada örnək olaraq bu beytləri göstərə bilərik:Kutadgu Bilig’də;Akı: cömərd,əli açıq  mənasındadır. “tüzün erdi alçak kılınçı siligUvutlug bagırsak akı king elig”Müasir Türkcədə :(Asil,təbiətli,mütəvazi və gözəl xasiyyətli idi;həya sahibi ,mərhəmətli,comərd və əliaçıq idi)(3).Atabetü’l- Hakayık’ta; (4)Akı : “comərd ol” mənasındadır.  “akı bol sala söz sökünç kelmesünSökünç kelgu yolnı akılık tıyur.(Comərd ol ,sənə pis söz,söyüş gəlməsin;söyüş gələcək yolu comərdlik qapadır.)(5)Divanü Lügati-t Türkdə: “Kodhgıl mala akılık bolsun mala ayagaİddhgıl meni togışga yüwgil mala ulaga”Müasir Türkcədə:  (Məni burax,seleklik(əliaçıqlıq) mənim taxma adım (ləqəbim)olsun.Məni savaşa göndər,mənə at yardımı et.)(6)Beləliklə,  “Əxi”və ya “Ahi” kəlməsi semantik(məna) baxımdan dəyərləndirildiyində, Türkcədəki “əliaçıq, comərd, yardımsevər” anlamına gələn “akı” kəlməsinin dəyişməsindən-deformasiyasından(latınca)  ortaya çıxdığı anlaşılır.  Örnək verdiyimiz Divanü Lügati-t Türk ve Atabetül Hakayık adlı əsərlərdə də “akı” sözcüyü eyni mənalarda istifadə edildiyi və ayrıca “Divanü Lügati-t Türk”də “k” sesinin “h” şəklində söyləndiyi bilinir. Yenə Fransız Türkoloqu J. Deney, “Ahi” – “Əxi” kəlməsinin “əliaçıq, comərd, igid” anlamındakı əski və orta Türkcədəki “akı” kəlməsi yerinə anlam və söyləyiş baxımından çevrildiyini irəli sürmüşdür(7) .Bütün bu mətnlərdəki nümunələrlə bərabər avropalı sinoloqun söylədiklərini də sizlərlə paylaşmaq istərdim.Dünyanın ən qədim millətlərindən hesab edilən Çinlilər dövlət qurmağı,əkinçiliyi, heyvan yetişdirməyi ,ticarəti və.b  xüsusiyyətləri Türklərdən öyrənmişlərdir. Müasir dövrün məşhur sinoloqu(7) W. Eberhard,” Çin Tarixi “ adı ilə Türk Tarix Qurumu tərəfindən çap edilən əsərində  , Çinə miladdan öncə 3000-ci illərdə  Kuzey-Batı yəni ŞİMAL-Qərb mədəniyyətini gətirənlərin Türklər olduğunu, onların at bəsləyib, buğda və darı yetişdirdiklərini söyləyirdi (ss. 17-18). Yenə eyni yazar əsərinin, 33-35. Səhifələrində, miladdan öncə 1057-247-ci illər arasında Çində hökmdar olan Çu(Chou) kral soyunun, bir Türk qəbiləsi olduğunu bildirir. O, Çinə başqa Türk qəbilələrinin də gəldiklərini onunların, ulduz və günəş kültünə-tapımına tapan dini inanclarını da Çinə gətirdiklərini qeyd edirlər.Eyni alman sinoloq W. Eberhard ve fransız tarixçi Rene Grousset, “L’Empire de Steppes” adlı əsərində, islamdan öncə qurulmuş Asiya dövlətlərindən Hunların, Avarların, Göktürk və Uyğur Dövlətlərinin Türk olduqlarını və bir çox mədəniyyət baxımından önəmli əsərlər buraxdıqlarını söyləyirlər. Bunlardan Göktürklər minlərcə km. uzunluğunda dərin yeraltı sulama kanalları, əlifba, təqvim, və b. uyqarlıq anıtları-abidələri, təsiri min illik bir müddəti əhatə etmiş olan ahi- əxi  örgütünü-təşkilatını qurmuşlardır.(8)Burdan da nəticə çıxara bilərik ki,əxilik-ahilik islamdan öncə də Türk toplumuna xas özəl bir  gələnək və təşkilatdır və islami qəbul edən Türklər də islami dəyərlərlə bərabər Əxilik təşkilatını daha da təkmilləşdirmişdir.Beləliklə, Ahilik –Əxilik Türk-İslam mədəniyətinin –kültürünün inkişafına xidmət edən əsas ,önəmli ünsürlərdən biridir.“Əxi” kəlməsinin qaynağı və mənası ilə bağlı ikinci bir görüşün də mövcud olduğunu qeyd etmişdik. Belə görüşdə olanlar hesab edirlər ki, əxi sözü ərəb kökənlidir və ərəbcədən Türkcəyə keçmişdir. Buna görə Ahi-ƏXİ sözcüyünün anlamı “qardaşım”dır və kökünə,yəni  ərəbcədə ərkəy qardaş manasına gələn “ah” kəlməsinin sonuna “ye”, yəni birinci şəxsin təkində mənsubiyyət şəkilçisinin gəlməsi ilə qardaşım mənasını ifadə etmişdir.(9) Bu görüşü müdafiə edənlərin  təməl qaydağı ,Ahiliğin-Əhiliyin, ilk olaraq ərəblərdə meydana çıxan “Fütüvvet təşkilatı”ndan təsirləndiyi və bu səbəbdən sözcüyün kökəninin ərəbcə olması gərəkdiyidir. Əxiliyin təsavvufda mühüm bir yeri olan “uhuvvət” i xatırlatmasından dolayı da asanlıqla yayılması və qəbul edilməsi mümkün olmuşdur(10) . Şeyx Fərəc-i Sincanî (ölüm tarixi. 1065) ilə Alaü’d-Dövlə xəlifəsi Aliyy-i Miri’nin (ölüm tarixi. 1136) “Ahı” ləqəbiylə anıldıqları və bu kəlimənin olduqca əski fütüvvetnâmələrdə keçdiyi bilinir. ƏXİ kəlimesinin təsəvvufî özəlliyə sahib oluması bu görüşü müdafiə ediənlər tərəfindən əsas qaynaq  hesab edilir( 11) . Dəbbağlar(ve saraçlar (ordu və atlar üçün  lazımli ləvazimatlar hazırlayan ustalar)kimi Əsnafın başındaki kişilərə yönəldilən bu rəsmi ünvan Osmanlı Türk dövlətindən  öncə Xorasan və Azərbaycanda da Türk  əsnaf kəhyaları ilə şeyxlər üçün istifadə edilmişdir.(12) .Amma mən bu mövzuda fərqli düşünürən və düşüncəmi sizlərlə məqalənin sonunda paylaşacağam.Əxiliyin sözcük mənasından bəhs etdikdən sonra tarixindən də mütləq bəhs etməliyik.Termin olaraq “əxilik” XIII yüzilliyin ilk yarısından XIX yüzilliyin ikinci yarısına qədər Anadoluda, Balkanlarda və Kırımda yaşamış olan Türk xalqlarının sənət və məslək sahələrində yetişmələrini, əxlaqi yöndən ucalmalarına xidmət edən  bir quruluşun adı olmuşdur. Əxi təşkilatının qurucusu olan Əxi Evran Azərbaycan Türküdür və Azərbaycanın Xoy şəhərində dünyaya gəlmişdir. Bəziləri onun  Xorasanda doğulduğunu,bəziləri isə Xoyda doğulub burda ilk təhsilini aldıqdan sonar Xorasana köçdüyünü hesab edirlər. Əxi Evranın qısa adının Əhməd,ləqəbinin Nemətullah olduğu qeyd edilir.Əxilik təşkilatının Anadoluda yaranmasının səbəbi var idi . Anadoluda ilk olaraq Kırşəhərdə  qurulan bu təşkilatın meydana gəlmə səbəbini  Prof . Neşet Çağatay belə ifadə etmişdir: “ Orta Asiyadan Anadoluya köç edən Türkmənlər arasında yer alan çox saydakı sənətkarların asanca iş tapması; bu sənətkarların Anadoludakı yerli Bizans sənatkarları ilə rəqabət edə bilməsi, bazarda özlərini doğrultmaları,mallarını keyfiyyətini qorumaq, istehsalı ehtiyaca görə ayarlamaq, sənətkarlarda sənət əxlaqını formalaşdırmaq, Türkləri ekonomik olaraq güclü hala gətirmək, ehtiyac sahibi olanlara  hər sahədə yardımçı olmaq, ölkəyə ediləcək düşmən qüvvələrinin hücumlarında dövlətin silahlı qüvvələrinın yanında ölkəni qorumaq üçün savaşmaq və Türklük şüurunu sənətdə,dildə,ədəbiyyatda  yaradıb, ayaqda tutmaq,yerləşdikləri bölgələrdə Türk-İslam kültürünü yaymaq əsas səbəblərdən idi”(13).Əxiliyin meydana gəldiyi dönəmdə Anadoluda ,monqolların hücumlarının təsiri ilə ortaya çıxan xaos – qarışıq ortam,bir-birləri ilə davamlı çatışma halında olan qruplar mövcud idi.Anadoludakı bu qarışıq ortam əslində köklü bir toplumsal dəyişimin başladığının da göstərgəsi idi. “Sosio –ekonomik və kültürəl baxımdan toplumdakı köklü dəyişimlərin qarşısında,toplumun fərdlərinin fərqli təpkilər göstərməsi təbiidir. Ahi birlikləri də belə köklü toplumsal dəyişimin yaşandığı dönəmdə,çatışma halında olan qrupları ortaq məxrəcə gətirmək,zəifləyən aşirət bağlarının yerinə yerləşmiş həyat şəklinə uyğun,qoruyucu dəyərlər  meydana gətirmək,bizanslılara qarşı Müsəlman –Türk mənfəətlərini qorumaq və toplumun hüzurunu qorumağa yardımcı olmaq məqsədi ilə qurulmuşdur.”(14) ƏXİLİK təşkilatı həm də şəhər həyatının mənimsənilməsinə də xidmət etmişdir.(15). Hər nə qədər dövlət idarəsinin xaricində qurulmuş və çalışır olsalar da dövlət və millətin qüvvətlənməsinə, davamlılığına xidmət edir, inkişafda, elmdə, sənətdə və hətta əsgərlikdə ƏXi Təşkilatları önəmli bir rol oynayırdılar. Bu səbəblə Ahilik təşkilatına sadəcə düccar, əsnaf və sənatkarlar deyil, eyni zamanda elm adamları və hətta hökmdarlar da üyə ola bilərdi.Ahi –Əxi örgütlənməsi, eyni zamanda Türk kültürünün- mədəniyyətinin gənəl örgüt – təşkilat quruluşunu, yönətilmə tərzini və iş əlaqələrinin çalışma ortamına möhkəmlənmiş halını əks etdirir. Türk tarixi ilə əlaqədar çox önəmli bilgiləri əhatə edən Orhun Abidələrində də qeyd edildiyi kimi, Türklərdə yönəticilərlə yönəldilənlər arasında üstün və aşağı təbəqə  anlamında bir ayrım yox idi. Kağan’ın önəmli görəvlərindən biri də milləti bir baba şəfqəti ilə qoruyaraq, ac olanı doyurmaq və çılpaq olanı geydirməkdir. Her şeydən öncə Kağanın –Xaqanın milləti ilə uyum içində olması, onu qoruması və dövlətin gələcəyini düşünməsi mütləq idi. Bənzər şəkildə Kutadgu Biligdə də yönəticilərin uzun zaman hökm sürə bilmələri üçün qanunu doğru –düzgün həyata keçirməli, xalqı qorumaları, xalqa qəlbdən gələn bir mərhəmət göstərmələri və ədalətlə xidmət etmələri tövsiyə edilirdi(16). Əski Türk gələnəyinin önəmli bir kültür qolu olan Kağanın xalqını bir ata kimi gözətləmısi ilkəsi, Axilik təşkilatının içində sayqınlığı olan bir qüvvəyə dönüşmüşdür. Axilikdə əsnaf başqanı və ustalar bütün üzvləri bir ata şəfqəti ilə qoruyan məsləki, siyasi, əxlaqi və dini lider kimidir. Bu liderlik anlayışı hər qədəmdəki (usta-kalfa-çırak-yamak) çalışanlar arasında ata-oğul arasındakı əlaqəyə bənzər candan əlaqənin yaranmasına xidmət emişdir . (17)Ahilik təşkilatına  təkcə əsnaf örgütü  demək doğru deyildir.Əslində həm də vətənə ,millətə xidmət edən bir istihbaratçı,xəfiyyə görəvində həyata keçirirdi əxilər. Həmçinin,Türklər arasında elmin,mədəniyyətə və sənətkarlığın inkişafına da xidmət edirdi.Həm də müasir dönəmdə Avropalıların  özlərinə məxsus saydıqları istehsalçı və tükədici haqqlarının və bir çox ticari terminlərin də əsası məhz əxi-ahi təşkilatına üzv olan türklər tərəfindən  qoyulmuşdur.Bu haqda araşdırmamızın ikinci hissəsində bəhs edəcəyik.Xüsusi Təşəkkür verdiyi dəyərli bilgilər üçün İshak Çelik bəyə sayqılarımla.İstifadə edilən mənbələr:SELÇUK ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ İLKÖĞRETİM ANA BİLİM DALI SOSYAL BİLGİLER EĞİTİMİ BİLİM DALI. HAZIRLAYAN HİLAL TEMEL “AHİLİK TEŞKİLATININ HALKIN EĞİTİM VE ÖĞRETİMİNDEKİ ROLÜ”.“AHİLER VE AHİLİK KÜLTÜRÜ” MURAT KILINÇ 2010.ARAT,Reşit Rahmeti(1988), Kutadgu Bilig,2.çeviri,TTK.Yay.,Ank. Nakleden:KARASOY,Yakup,Ahi Kelimesi ve Türk Kültüründe Ahilik,Selçuk Üniv. Türkiyat Araştırmaları Dergisi,s.3,Konya,2003.  4. Yüzildə Ədib Əhmət Yüknəki tərəfindən əruz ölçüsü və dördlüklərlə yazılmışdır. Atabetül Hakayık (Gərçəklərin Eşiyində) , Ədib Əhmət Yüknəkinin Qaraxnlı bəylərindən Muhamməd Dad Sipehsalara hədiyyə etdiyi ,hədis və Ərəbcə beyitlərə dayanaraq yazdığı şeirlərlə,əxlaqlı insan olmanını yollarını əxlaq ilkələrini açığlamış,müxtəlif əxlaqi öyüdlər əks etdirmiş,İslami düşüncə və görüşlərə yol göstərici olmuşdur5.ARAT,Reşit Rahmeti(1951), Atabetü’l Hakayık,TDK.Yay.,c.2,İst. Nakleden:KARASOY,Yakup,Ahi Kelimesi ve Türk Kültüründe Ahilik,Selçuk Üniv. Türkiyat Araştırmaları Dergisi,s.9,Konya,2003.ATALAY,Rasim,(1999),Divanü Lügati-t Türk Tercümesi,c.1,TDK.Yay.Sayı:525,Ank. Nak.:KARASOY,Yakup,Ahi Kelimesi ve Türk Kültüründe Ahilik,Selçuk Üniv. Türkiyat Araştırmaları Dergisi,s.11,Konya,2003Ferhat ERARICI,“Ahilik ve Ahilik Kültürünün İktisadi Hayatımızdaki Anlam ve Önemi”, II. Uluslar Arası Ahilik Kültürü Sempozyumu Bildirileri, Kırşehir, 1999, s. 118.http: www.ahiyan.org.ahilik nedir.html.Mikail BAYRAM, Ahi Evren ve Ahi Teşkilâtı’nın Kuruluşu, Konya, 1991, s.3; ERKEN, a.g.e., s. 22.Ziya KAZICI, “Ahilik”, TDV İslâm Ansiklopedisi, C. I, İstanbul, 1988, s.540.ERKEN,a.g.e., s. 23.Zeki PAKALIN, “Ahi Babalık”, Osmanlı Tarih Deyimleri ve Terimleri, C. I, İstanbul, 1948, s.29.ÇAĞATAY,Neşet, a.g.e.,s.95EKİNCİ,Yusuf, Ahilik,Ank.1991,s.14-16Mustafa ŞANAL, Mustafa GÜÇLÜ, “Bir Toplumsallaştırma Aracı Olarak Ahilik”, Erciyes Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, Sayı:23, 2007/2, s.388.Yusuf HAS HACiB, Kutadgu Bilig, Çeviren: Reşid Rahmeti Arat, 6.Baskı, Türk Tarih Kurumu Basımevi, Ankara, 1994, ss.154-163.EKiNCi, 1989a, ss.41-42.43

Türklərin döyüş fəlsəfəsi – onlar niyə, nə üçün savaşarlar? – ARAŞDIRMA

Türk milləti hər zaman öz qəhrəmanlığı və cəsarəti ilə nam salmışdır. Bu yazımızda tarixdə əski türklərin necə savaşcı olduğunu, vətən anlayışının bizdəki dəyərini və irqimizdən gələn cəsarətlə günümüzdə düşmənə qarşı necə qəhrəmancasına savaşdığımızı xatırlatmağa çalışacağam.Öncəliklə bildirmək istəyirəm ki, türk ərləri, igidləri, xanımları, xatunları hər biri bir savaşcıdır. Bu dəfələrlə sübut olunub. Dastanlarımızda, bir çox yazarların əsərlərində xüsusi ilə mövzu barəsində geniş danışlır. Hətta digər irqlərin sərkərdələri, ədəbiyyatçıları və səyyahları da bunu qeyd edirlər.Qədimdə də türklərin ən əsas özəlliyi savaşcı kimlikləridir. Bu kimliyi türklərə aid olduğunu başqa irqlər də təsdiqləyir. Yaşayış tərzləri, coğrafi təsirlər və təcrübələri bu kimliyi qazanmalarında əsas ünsürlər olmuşdur.Əski türk dastanı olan “Dədə Qorqud” dastanında Türk mədəniyyət tarixi baxımından ən qiymətli tərərflərindən biri də alp (savaşcı) tipinin necə yetişdirildiyini göstərən səhnələrin əks etdirilməsidir. Hər mədəniyyət şəkli özünü yaşadacaq insan tiplərini yetişdirir. Bunun üçün bəzi müəssəsələr yaradır. Köçəri toplumlarda bu funksiya (rusca) – işləm, örf və adətlər tərəfindən saxlanır. “Dədə Qorqud” kitabında da bir gənc alp (savaşcı) olması gərəkən özəlliklər atasözləri və qəlib ifadələr şəkilində sıralanmışdır. Buna görə alp (türk savaşcı); təkəbbürlük eyləməməli, könlünü uca tutmalı, qara polad öz qılıncını çalmalı, malına qıymalıdır. Amma oğul süfrə çəkməyi atadan görməlidir. Oğul da ata adını yarıtmalıdır. Kazılık ata ər minməli, çalup kəsər öz qılıcı ər çalmalıdır. Ərin evinə qonağı gəlməli, ər yalan bilməməlidir. Burda iki cür özəllik diqqət çəkir. Birisi təvazu, dürüstlük, comərdlik, qonaq sevərlik kimi xarakterlərə dayanan özəlliklərdir ki, bunlar hekayələrdə əsasən “ərdəm” sözü ilə ifadə edilməkdədir. Digəri isə qazılı ata minmə, çapul kəsər öz qılıcı istifadə etmə kimi fiziki özəlliklərdir. Bunlarda “hünər” qavramı altında toplanmaqdadır. Bir-birindən ayrılmaz biçimdə qarşımıza çıxan bu özəlliklər, Oğuz alpının “hünərli” və “ərdəmli” olması gərəkdiyi sonucunu ortaya qoymaqdadır.Türk milləti hər zaman özünə məxsus bir savaş, mədəniyyət meydana gətirmişdir. Qurduqları ordular, istifadə etdikləri silahlar daima digər qövmlərə örnək təşkil etmişdir. Qədimdə də irqimizin yaşadığı dönəmdə özləri ilə boy ölçəbiləcək yetənəkdə və texnalogiyada ordu anlayışının olmaması uzun zaman əsgəri zəfərlərinin daimi olmasına səbəb olmuşdur. Həm də bu zəfərlərin əsası güclü hərb startejilərinə sahib olmamız olmuşdur. Qədim türklərdə ordu xalqdır, xalq ordudur. Türklərdə əsgərlik məslək deyil, bünyədə olması gərəkən bir xüsusiyyət olmuşdur. Qeyd etdiyimiz kimi qədim türklərdə ordu toplumun digər kəsimlərindən ayrı düşünülməyən qurumdur. Tarixə səhnə olan bir çox savaşda millət tək vücud halında savaşar, düşməni dəf edər və sonra günlük həyatlarına davam edərlərdi. Türklər əsgərliyi və savaşmağı müqəddəs saymışdır. Türklərdə ordudan qaçanların və Vətənə xəyanət edənlərin cəzası ölümdür. Ancaq döyüş olmadığı hallarda əgər qılınc çəkilərsə, cəzası ölüm olar. Qədimdə türklərin digər ordulardan fərqli olaraq 3 yön təsbit edilmişdir: Türk odusu muzdlu olmur, Türk ordusu daimidir, Türk ordusunun təməli süvarilərdən təşkil edilir.Bura qədər qədimdə irqimizin döyüş qabiliyyətindən və ordunun necə bir qurum olduğundan qısaca bəhs etdim. Bəs Türklər niyə, nə üçün savaşarlardı? Cavab olaraq: “Vətən, yurd, millət və namus üçün” – deyə ağlınızdan keçirdiyinizi bilirəm və bu, belədir. Bizdə Vətən, yurd və topraq anlayışı digər irqlərə görə fərqlidir və qədimdə də fərqli olmuşdur. Bizlər üçün Vətən – yəni yurd müqəddəsdir, uğruna ölünür və öldurulur. Vətən torpağı satılmaz və hədiyyə edilməz. Bizlər tarix boyu vətənimiz üçün savaşmışıq. Bizə vətən, yurd, topraq sevgisi atalarımızdan qalmışdır. Necə ki, Mete xan ondan torpaq istəyən çinlilərə cavabında, “torpaq vətənin malıdır və dövlətin malı başqasına verilməz”- demişdir. Yurd əxlaqı qədim türklərdə çox güclüdür.Türk hökümdarlarından biri Şah İsmail Xətai deyir ki: “Ey Türk oğlu! Dilinin heç bir sözünü dünyanın heç bir dilinə, bir ovuc torpağını dünyanın heç bir dövlətinə dəyişmə! Onu qoru və gələcək nəsillərə ötür!” Hər bir türk eli və ulusu üçün canını və ən sevdiyi şeyləri fəda etməkdən çəkinməz. Qədim türklər yurdlarına bağlıdırlar. Onlar ancaq hür və müstəqil yaşaya bildiyi torpağı Vətən saymaqda (Türk tarixində müxtəlif türk zümrələrinin ayrı vətənləri bundan irəli gəlir) fəqət bu şərtlərin mövcud olmadığı ərazini asan tərk edəbilirlər (Türklərin köçlərinin digər bir səbəbi). Qısaca Türk kültüründə Vətən, Türk tuğlarının və ya bayrağının dalğalandığı yerdir.Türklərlə bağlı digər millətlərin nümayəndələrinin dedikləri bir çox sözlər var. İndi həmin deyimlərin bir qisminə diqqət edək: “İnsanları ucaldan iki böyük məziyyət vardır: kişinin cəsur, qadının namuslu olması. Bu iki məziyyətin yanında həm kişini, həm də qadını şərəfləndirən bir məziyyət daha vardır. Bu gərəkdiyində tərəddütsüz canını fəda edəbiləcək qədər vətəninə bağlı olmaq. Türklər bu məziyyətlərə və fəzilətlərə sahib qəhrəmanlardır. Bu səbəbdən türklər öldürülə bilərlər, lakin məğlub edilə bilməzlər.”Napoleon Bonaparte-Fransız İmparatoru“Silahlı millətin ən canlı örnəyi türklərdir. Onlar ata minər kimi oturar, kəşfə yollanan əsgər kimi oyanıq gəzərlər”Moltke“Savaşın zövqünü almaq istəyən hər kəs türklərlə savaşmalıdır.”La Martine“Türklər ölməyi bilirlər, həm də yaxşı bilirlər. Mən də ölməyi bilən bir millətin yenilməyəcəyini biləcək qədər təcrübəliyəm. Burda heç yoxdan ordular qurmaq və bu orduları ölümə sürükləmək mümkündür. Bu imkanlardan bol-bol faydalanıram. Fəqət, meydana gətirdiyim orduları səndələtən bir əngəl var: Türklərin yaşayan xatirələri! Üç-dört yüzil öncə hər qüdrəti və hər milləti yenən türklər, indi də silinməz xatirələriylə hər təşəbbüsümü səndələtirlər. Hər ürəkdə bu qorxunu sezirəm. Demək ki, yalnız türkləri deyil, onların tarixini də yenmək lazımdır. Bu durumda mən türklərin düzinələrlə, milləti idarə etmələrindəki sirri də anlayıram. Onlar millətləri bir kərə yenirlər, fəqət qazandıqları zəfərləri ruhlara və nəsillərə nəqş edə bilirlər.”M.Montecuccoli (Avstryalı komutan). Digər millətlərdən olan insanlar belə etiraf edir türklərin cəsarətini, döyüşkənliyini və doğuşdan əsgər kökənli olduğunu. Bizlərin tarix boyu hür yaşamaq həyatımızın əsası olmuşdur. Azərbaycan türk yurdumuzun Sovet dönəmində ruslar tərəfindən “xalqların qardaşlığı” adı ilə işğal edildiyi hər birimizə məlumdur. Rusların bu hərəkəti sadəcə xristian qardaşlığı idi. Əks halda bu qardaşlığı Güney Azərbaycandakı türklərlə və türkiyəli türklərlə də qurardıq. Bu siyasətlə biz türklərin milli kimliyini, torpağını, dilini əlimizdən aldılar. Bizim torpağımızda, yurdumuzda qondarma “Ermənistan” adlandırdıqları ölkəni yerləşdirdilər. Bu qardaşlıqda sadəcə ermənilər və ruslar qazanclı çıxdılar. Bizlərə tariximizi, atalarımızı unutdurdular, yurdumuzu öz mülkləri zənn etdilər. Tarixi torpaqlarımızı bizə unutdurmaq istədilər. Bunun səbəbi rusların türklərin tarixini gözəl bilməsi idi. Tarix boyu, öncədən də qeyd etdiyim kimi, türklərdə ordu xalq və xalq ordu idi. “Hər türk əsgər doğular” deyilirdi. Bizlər vətən torpağı üçün ölməyi və öldürməyi gözə alacaq qədər cəsarətliyik. Mustafa Kamal Atatürkün “Vətən torpağı müqəddəsdir və qədərinə tərk edilməz”, sözləri hər zaman türk milləti üçün əsasdır. Tarix boyu torpağımızda düşmənləri yaşatmadıq və yaşatmayacayıq. Allaha çox sükürlər olsun ki, artıq həm ruhən, həm də düşüncə baxımından özləşmiş, özümüzə dönmüşük. Türk millətinin Vətən sevgisi başqadır. Bizlərdə şəhid olmaq şərəfdir. Bizim analarımız qədimdə övladlarını əsgər göndəriyi zaman əlinə və ya kəkilinə xına çəkərlərdi ki, bu hal Vətən uğrunda şəhid olmalarını gözə aldıqlarına işarə idi. Vətən uğrunda ərlərinin, oğullarının şəhid, qurban olması analar üçün şərəfli bir hal olmuşdur hər zaman.“Bayraqları bayraq yapan üstündəki qandır,Torpaq əgər uğrunda ölən varsa vətəndir.”Mithat Cemal KuntayDillər əzbəri olan və hardasa türklərin atalar sözü ola biləcək bu misralar əslində hər şeyi izah edir. Bəli, bizim şanlı türk bayrağızımızın üstündə şərəfli şəhidlərimizin qanı var və torpaqlarımız onların qanı ilə yoğrulub. Bu bayrağın və torpağın qədrini, dəyərini bilmək bizim boynumuzun borcudur. Əks halda manqurtlaşmış, Vətən torpağını satan, insanlıqdan nəsibini almamış bir varlıq halına gələrik. Hər birimiz qədimdə olduğu kimi əsgər olmalıyıq, cinsiyyət fərqi olmadan. Keçmişdə olduğu kimi qadınlarımız da savaşmağı öyrənməli, türk yurdunun və türk millətinin namusunu, şərəfini qorumaqdan geri qalmamalıdır. Unutmayın, hər türk əsgər doğular və bu, hər daim belə olmalıdır. Bizim bayrağımız da, torpağımız da şanlı və dəyərlidir.Hər bir Azərbaycan Oğuz Türkü müharibə şəraitində yaşadığını unutmamalıdır. Torpağımız uğrunda şəhid vermişik. Bizim bir şəhidimiz olanda düşmənin 10 əsgərini məhv edirik, bunu bilirik. Amma unutmayın, qanımızın son damlasına qədər savaşmaq bizim həm atalarımıza, həm də bu torpağa olan borcumuzdur. Axı bizim yurd əxlaqımız var. Bizlər şanlı türk millətiyik və tarixə ad salmışıq. Bu ada yaraşan cəsarətimizi bütün dünyaya göstərməyin zamanıdır.Nə mutlu türkəm deyənə! Artıq gün Türkün günüdür.P.S.Dəyərli məlumatlar üçün Türk komutan İshak Çelik bəyə təşəkkür edirəm.YAZAR:AYNUR TALIBLI.TARİH VE MEDENİYET ARAŞTIRMACISI.İSTANBUL 2018.İstifadə edilən mənbələr:1.KAPLAN, Mehmet (2007), Türk Edebiyatı Üzerinde Araştırmalar 3 – Tip Tahlilleri, Ġstanbul: Dergâh Yayınları.2.ERGİN, Muharrem (2004), Dede Korkut Kitabı I, Ankara: TDK Yayınları.3.DUYMAZ, Ali (2000), “Dede Korkut Kitabında Alpların Eğitim ve Geçiş Törenleri”, Uluslararası Dede Korkut Bilgi ġöleni Bildirileri, Ankara: Atatürk Kültür Merkezi BaĢkanlığı Yayınları4.yenidən ergenkon.com.5.Ögel, B. (2001). Türk Kültürünün Gelişme Çağları. İstanbul:Türk Dünyası Araştırmaları Vakfı Yayınları.Vilh. Thomsen : Orhon ve Yenisey Yazıtlarının Çözümü- İlk Bildiri- Çözülmüş Orhon Yazıtları, Ç. Vedat Köken, TDK yay. Ankara 1993.s 676.Kafesoğlu, İ. (2011). Türk Milli Kültürü. Ankara:Ötüken Yayıncılık.7.Gömeç, S. (1997). Kök Türk Tarihi. Ankara:Akçağ Yayınları.8.GÖKALP, Ziya (2005a). Türkçülüğün Esasları. İstanbul: Akvaryum Yayınevi9.Dr.prof.İbrahim Kafesoğlu(Türk Milli KÜLTÜRÜ)(Ülke)10.turkish-media.com.Bilgekagan. Türkler hakkında söylenenler(BENSÖYLEMED..11.Roux, J.P. (1997). Türklerin Tarihi. İstanbul:Milliyet Yayınları.12.turkish-media.com.Bilgekagan. Türkler hakkında söylenenler(BENSÖYLEMED13.DEDE KORKUT HİKÂYELERİNDE SAVAŞÇI EĞİTİMİ Lütfü Kerem BAŞAR

Bir millət, iki dövlət” olmanın BARİZ NÜMUNƏSİ – Türklərin düşmənə qarşı savaşı…

(Qafqaz Türk İslam Ordusunu sayqı və sevgiylə anırıq)Türk milləti tarixən öz ədaləti ilə, məzlumun yanında və zalıma qarşı olması ilə yadda qalıb. Türk dünyaya nizam vermək üçün gəlmişdir və hər zaman öz soyuna sahib çıxdığı da bəllidir…Sizlərə çəkinmədən bildirə bilərəm ki, TÜRK MİLLƏTİNƏ MƏNSUB OLDUĞUM üçün Yaradana şükürlər edirəm. Bəziləri bəlkə də bu ifadəni tam anlamaya və ya mənim ayrı-seçkilik etdiyimi düşünə bilər. Əsla belə deyil, bir Türk qızı olaraq heç bir zaman digər etnik  azınlıqları ötəkiləşdirmədim.Tarix boyu bizlər və atalarımız torpaqlarımızdakı qeyri-millətlərə qarşı xoşgörülü olmuşuq, onlarla çörəyimizi bölmüş və onlara ədalətlə hökm etmişik. Türklər heç bir zamana dövlət qurduqları yeni torpaqlarda yaşayan əski xalqlarin dilinə və dininə yasaq qoymadığı kimi, onlara təyziq də etməmişdir.  Hətta o xalqların təhlükəsizliklərini qorumağı boyunlarının borcu bilmişlərdir. Çünki biz Türklərin törəsi ədalət üzərində qurulmuşdur.Amma təəssüf ki, bizlərin  ədalətli və xoşgörülü siyasətinin qarşılığı çox yaxşı nəticə vermədi. Bunun ən gözdə örnəyi erməni quldurlarıdır. Onlara torpağımızda  özgürcə yaşama haqqı versək də, hər fürsətdə bizlərə qarşı xainlik etmişlərdir. Əgər işğalçı və sömürgəçi siyasətin xasını görmək istəyirsinizsə, rusların və avropalıların tarixinə diqqətlə nəzər yetirsəniz, kifayət edəcəkdir. Belə ki, ƏN YAXIN TARİXDƏ TÜRK YURDU AZƏRBAYCANI İŞĞAL EDƏN RUSLARIN İLK İŞİ BİZ TÜRKLƏRİN DİLİNİ VƏ DİNİNİ YASAQLAMAQ OLMUŞDUR.Mən Türklüyün yaradandan əvəzsiz bir hədiyyə olduğunu qeyd etərkən də, əsla art niyyət, qərəzli bir düşüncə bəsləmirəm. Sadəcə Türklüyün nə qədər dəyərli olduğunu anlayır və bu bilinclə yaşamağımız gərəkdiyinin önəmli olduğunu bilirəm. ATALARIMIZ, DƏDƏLƏRİMİZİN ASİL QANI VƏ QƏHRƏMANLIĞI BİZ TÜRKLƏRƏ ÖRNƏKDİR. Düşmənlərimiz hər zaman bu həqiqəti bilir və bu səbəbdən bizə düşmanlıq edirlər. Bu gərçəyi  Türk dünyasının önəmli düşünürlərindən və öndərlərindən, Azərbaycanın mərhum dövlət başçısı Əbulfəz Elçibəy sözləri ilə daha doğru əks etdirmişdir: "Sən Türk olduğunu untsan da düşmən əsla unutmaz". Tarixə nəzər saldığımızda bu sözlərin nə qədər həqiqət olduğunu görürük. Özəlliklə ruslar, farslar, ingilislər və ermənilər biz türklərə qarşı hər zaman nifrət bəsləmişlərdir. Torpağımızın bütünlüyünə göz dikmişlərdir. Bu gün dünya siyasətinin gərəyi olaraq bizlər farslara və ruslara qarşı "gülərüz" siyasət həyata keçirsək də, amma heç bir zaman bizə qarşı etdikləri düşmənçiliyi unutmuruq. Biz unutsaq da, tarix unutmaz. Çünki Azərbaycan Türklərinin  tarixi və şəhidlərimizin qanı bu gerçəkləri daşa həkk edər kimi yazmışdır.Tariximizin ən önəmli səhifələrindən birinə də Osmalı Türkləri ilə Azərbaycan Türklərinin ortaq qələbəsi həkk olunmuşdur.Bu məqaləmdə tariximizin qürür mənbəyi olan Oğuz Türk yurdu Bakının fatehi Nuru paşadan və Qafqaz Türk İslam Ordusundan bəhs edəcəyəm. Bakının düşməndən azad olmasının 99-cu ildönümünü bu yaxınlarda qeyd etdik. Bu münasibətlə Nuru paşanı ve Qafqaz Türk İslam ordusunu sayqı, sevgi və minnətlə anırıq.Bakı - küləklər şəhəri, gözəl Türk yurdudur. Tarixin bütün dönəmlərində düşmənə "yağlı tikə" kimi görünmüşdür. Təbii, bunun əsas səbəbi doğal zənginlikləri olan nefti və təbii qazıdır. Sizlərə də məlumdur ki, Azərbaycanımızın təbii sərvətləri daima rusların, farsaların və avropalıların iştahasını qabartmışdır. Bununla bərabər Bakı və bütünlükdə vətənimiz Azərbaycan hərbi-stateji və iqtisadi cəhətdən də önəm kəsb edib və bu müasir dönəmdə də eyni dərəcədə öz önəmini qoruyur. Başqa bir deyilmə desək, Azərbaycanımızın  və Bakımızın təbii sərvətləri və coğrafi mövqeyindən gələn özəllikləri səbəbi ilə başı tarix boyu bəlalı olmuşdur.XX yüzilin ilk yarısında 3 qitəyə hökm etmiş Osmanlı Türk imperatorluğu  parçalanmanın eşiyində idi. I Dünya Savaşı  başlamış və Osmanlı Türk dövləti 10 cəbhədə savaşırdı. Ümumilikdə dünyada vəziyyət heç də sabit deyildi. Dünyada baş verən hadisələr Qafqazalara da təsir etmişdi. 1917-ci ildə Çarlıq Rusiyası devrildi və idarə Bolşeviklərin əlinə keçdi. Boşeviklərin verdiyi vədə görə, bir çox millətlər kimi Azərbaycan Türkləri, gürcülər və hətta bir coğrafiyası olmayan ermənilərdə belə, müstəqil cumhuriyyət qurmaq və müstəqillik ab-havası yüksəlməyə başladı. Çünki Bolşeviklər hakimiyyətə gəlmədən öncə xalqların öz qədərlərinin öz əllərində olacağını vəd etmişdi. Ancaq heç də gözlənilən kimi olmadı. Bolşeviklər  devrimdən sonra verdikləri sözləri unutdular və gözlənilənin əksinə, daha qəti siyasət həyata keçirildi. Anadolu Türklərinin gözəl bir deyimi var: "Gələn gedəni aratır". Bu deyim "yeni gələn əvvəlkindən də betər olar" mənasında söylənir və tam da Çarlıq Rusiyasi ilə Bolşeviklərin siyasətinin müqayisəsinə uyğun deyimdir.Çarı devirən Bolşeviklərin əmri ilə “Qızıl Ordu” bütünlükdə Qafqazı siyasi və idari baxımdan daha ciddi bir şəkildə  Moskovaya  bağladı. Qafqazlarda hər keçən gün Bolşevik  təziqləri daha çox hiss olunurdu. Azərbaycanda vəziyyət digər Qafqaz ölkələrinə görə fərqli idi. Səbəbi, öncədən də qeyd etdiyimiz  kimi, zəngin neft və təbii qaz qaynaqlarına sahib olması idi. Ümumilikdə Qafqazla əlaqədar hər planın mərkəzində zəngin təbbi sərvətlərə malik olan Türk Yurdu Azərbaycan vardı. Bütün bu səbəblərdən qaynaqlanaraq, bölgədə tam bir qarışıqlıq hakim idi. Bir tərəfdən Bolşevik Rusiyası sömürgəçi siyasətini həyata keçirməyə, digər tərəfdən Avropa ölkləri Azərbaycan neftindən pay almağa çalışırdı.Bütün bu xarici təsirlərə bir də daxildə olan hadisələr qarışdı və Azərbaycanı  yorğun hala gətirdi. Azərbaycan tarixinin ən qanlı səhifələrindən birinə  bəhs etdiyimiz  dönəmdə baş verən soyqırımı həkk olunuşdur.1918-ci ilin martın ayının sonlarında rus və erməni dəstələri Bakı və ətrafında qətliamlar törətməyə başlamışdı. Vətənimiz Azərbaycan qan ağlayırdı. Bir tərəfdə ağır silahlara sahib bolşevik rus ordusu və onun dəstəklədiyi ,,böyük ermənistan,, qurmaq xəyalında olan erməni çetələri və bu işğalçılara dəstək olaraq gələn ingilis ordusu, digər tərəfdə isə savunmasız, silahsız Azərbaycan Türkləri. Moskvanın silahlandırdığı erməni quldurları daş üzərində daş qoymadı, Türk və müsəlman əhaliyə qarşı terror törətməyə başladılar. Qadın, uşaq, yaşlı ayırd etmədən on minlərlə soydaşımızı qılıncdan keçirdilər və güllələdilər.Məqsəd çox açıq idi, bölgədən Türk-müsəlman toplumunu  təmizləmək. Daha dəqiq desək, Türkü Türkün öz coğrafiyasından silmək. 28-31 mart günləri arasında təkcə Bakıda 17 min günahsız sivil qətl edilmişdi. O günləri Bakıdakı İngilis səfiri, xəfiyyəsi Mac Donel  "Şəhərdə cəsədlərdən başqa demək olar ki, müsəlman qalmamışdı" sözləri ilə ifadə etmişdi. Xüsusilə qeyd etməliyik ki, qətliam sadəcə Bakıda törədilmədi. Şamaxı və Quba başda olmaq üzrə, Azərbaycanın bir çox şəhərində sivil və silahsız insanlar qətl edildi.  Strateji baxımdan  çox önəmli yerdə olan Şamaxı Bakıya sadəcə 110 km məsafədədir. Bu şəhərdə qətl edilənlərin sayı 8 min olaraq ifadə edilir.Sizlərə də məlum olduğu kimi, bütün dinlərdə ibədətxanalar müqəddəs olaraq hesab edilir. İnsani dəyərlərə önəm verən insanlar işğal etdikləri torpaqlarda ibadətxanalara, kitabxanalara toxunmazlar, amma insanlıqdan nəsibini almayan ermənilər və onların dəstəkləyicisi olan bolşevik rus ordusu ibadətxanaları və kitabxanaları belə yandırıb məhv etmişdir…Haşiyə: SİZİN DİQQƏTİNİZİ TARİXDƏ TÜRKLƏR TƏRƏFİNDƏN  YÖNƏTİLƏN TORPAQLARDAKI FƏRQLİ DİNLƏRİN İBADƏTXANALARINA YÖNƏLTMƏK İSTƏRDİM. Çünki Türklər əsla digər etniklərin dinlərinə, ibadətxanalarına və mədəni önəmi olan əsərlərinə qarşı hörmətsizlik etməmişlərdir. Bu gün İstanbula səfər etdiyinizdə bunu açıq-aydın görə bilərsiniz. Eynən Bakıda da kilsələrə və müsəvilərin ibadətxanalarına nəzər yetirməniz kifayət edəcəkdir. Amma bunun tam əksini bütünlükdə Avropada görə bilərsiniz. Hətta üzdən iraq qonuşalarımız ermənilərdə də bunun açıq nümunələri vardır. İşğal etdikləri Azərbaycan Türk torpağlarındakı bütün məscidləri xarabalığa çevirmiş, saygısızca yandırmışlardır.O dönəm Şamaxıda da eynən belə etdilər. Silahsız və günahsiz  Azərbaycan Türkləri Şamaxıda yerləşən məscidə ermənilərin toxunmayacağını düşünürdülər. Ancaq heç də düşünülən kimi olmadı və minlərcə TÜRK məsciddə yandırılaraq vəhşicəsinə qətl edildi. Eyni ilin iyul ayında qurulan Fövqəladə Təhqiqat Komissiyasının sənədləri də yaşanan qətliamı gözlər önünə sərmişdir.  Bəhs edilən komissiyanın üzvü albay-polkovnik (rusça) Andrey Fomiç Novatskinin raporunda bele qeyd edilir: "Şamaxı qətliamına öndərlik edən quldur dəstəsinin rəisi  S.Lalayevin əmri ilə ilk sırada yaşlılar, qadın və uşaqlar qətl ediləcək, küçələrdəki müsəlmanlar öldürüləcək, məscidlər yandırılacaqdır. Çox sayda uşaq və qadın məsciddə gizlənmişdi. Zənn edirdilər ki, məscidin hörmətli mollası Axund Molla Cəfərə ermənilər toxunmazlar. Ermənilər məscidə girərək Axundun gözlərini oydular, dilini, burnunu  və qulaqlarını kəsdilər, sonra isə güllələdilər. Axundun evində və məsciddə gizlənmiş olan bütün qadın və körpələri qətl etdilər. Şamaxıda erməni dəstələri toplam 58 kəndi, 8 min Azərbaycan Türkünü qətl etdilər”.Qubada törədilən qətliamın da nəticələri ağır oldu.  Qubada 122 kənd, 26 məscid və onlarca məktəb yerlə bir edildi.  Çoxu qadın, uşaq və yaşlı olmqla, 16 min Azərbaycan Türkü qətl edildi. Bu acımasız qətliamın izlərini silmək  üçün şəhid  edilmiş minlərcə insanın cəsədi toplu məzarlara gömüldü.Sonradan Qubada ermənilər tərəfindən qətl edilən insanların xatirəsinə abidə ucaldıldı. Bu abidənin divarlarında  erməni vəhşiliklərini açıq-aydın göstərən təsvirlər əks edilmişdir. Həqiqətən bu təsvirlər də əks olunana mənzərələr (vəhşiliklər) insanın qanını donduruacaq dərəcədə vəhşət doludur.Bütün bu qətllərdən və zülmdən qaynaqlanaraq Azərbaycan Türk yurdunun gücü tükənmək dərəcəsinə gəlmişdi.  Amma Azərbaycan Türkləri ümidsiz deyildi. Erməni-rus quldurlarının gözü isə Türk qanına doymurdu.  Türk qanına doymayan düşman Anadolu Türklərinə qarşı etdiyi vəhşiliyi eynilə Azərbaycan Türklərinə qarşıda törədirdi. Hal belə olunca Azərbaycanın öndə gələn aydınları qərar verdilər ki, qardaşdan yardım istəsinlər. Osmanlı Türk İpmeratorluğundan yardım istəmək məqsədilə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi  ilə bir heyət İstanbula səfər etdi. Ənvər paşa və Sultan Mehmet Reşat xanla görüşdülər. Ancaq vəziyyət hər zaman olduğundan daha çətin idi. Osmanlı Türk dövlətinin Qafqaza ordu  göndərməsi sadəcə ruslara deyil, ermənilərə, ingilislərə qarşı da savaşması demək idi. Ayrıca I Dünya Savaşında Osmanlı dövlətinin "müttəfiqi" Almanya da Türklərin  Qafqazda güclənməsini istəmirdi. Yəni Osmanlı dövləti qardaş Azərbaycan yardım etməklə dünyanın "siyasi gücləri"nin istəklərinə qarşı çıxmış olacaqdı. Osmanlı Türk dövləti bu şərtlər altında belə Azərbaycan Türkü qardaşlarına gərəkən yardımı etmək qərarına gəldi. Avropalıların və rusların deyimi ilə "xəstə adam" - Osmanlı Türk İmperatorluğu bu yardım istəyini qarşılıqsız buraxmadı.Sizlərə bildirmək istərdim ki, rusların xüsusilə imperator I Nikolay tərəfindən ard-arda gələn savaşlar nəticəsində topraq itirən və Avropanın mali nəzarətinə keçmiş olan Osmanlı İmperatorluğuna "xəstə adam" adı verilmişdi.  Nikolayın  Sankt-Peterburqda 9 yanvar 1853-cü il tarixində dilə gətirdiyi deyim belə idi: "Qollarımız arasında xəstə, ağır xəstə bir adam var". Sonradan bu uydurulmuş "xəstə adam" adına 12 may, 1860-ci ildə "The New  York Times " tərəfindən "avropanın" hissəsi əlavə edilərək "avropanın xəstə adamı" şəklində yayılmışdır.  Maraqlısı budur ki, "xəstə adam" deyiminin sahibi, Çar I. Nikolay Kırım Savaşı sırasında öldü, yenə bu savaşda Osmanlını "xəstə adam "olaraq dəyərləndirən Rusiya Osmanlıya yenildi. Həm də  öncədən qeyd etdiyimiz kimi, Çarın Rus İmparatorluğu "xəstə adam" dediyi Osmanlıdan öncə, 1917-ci ilə çökdü. I Dünya Savaşında da müttəfiqlər Osmanlını ağıllarınca kiçiltmək üçün "boğazın xəstə adamı" deməyə davam etmişlərdir.  Beləliklə Azərbaycan Türklərinin yardım istəyini tərəddüt etmədən qəbul edən Osmanlı Türk dövləti Azərbaycanımızı düşmən işğalından qurtarması üçün Qafqaz İslam Ordusunu görəvləndirdi…(Davamı var)YAZAR :AYNUR TALIBLI .TARİH VE MEDENİYET ARAŞTIRMACISI. İSTANBUL2018İstifadə edilən mənbələr: 1. TRT . KAFKAS İSLAM ORDUSU.belgesel,muhbir Emrah Timurçin Yazıcı. 2. BAKÜ’NÜN KURTARILMASI UĞRUNA TÜRK DİPLOMASİSİNİN MÜCADELESİ: 1918 YILI. Bakü Devlet Üniversitesi, Azerbaycan. B Avrasya Dosyas›, Azerbaycan Özel, ‹lkbahar 2001, Cilt: 7, Say›: 1, s. 18 3.  Kafkas İslam Ordusu-Bakü. TRT.AVAZ  15 EYLÜL 2015. 4. Hasan Tahsin Fendoğlu (2002). "Osmanlı-Amerika ilişkileri, 1786-1929". Beyan. ss. s. 238. 5.  Austria in Extremis (İngilizce). The New York Times. 12 Mayıs 1860. Erişim tarihi: 13 Kasım. 6.  " Osmanlı'ya " hasata adam" sıfatını kim takmıştı? '' isimli makaleden   Sedat Uyar / dünyabülteni7.   "Modernization of Turkey" (İngilizce). The American Forum for Global Education. 27 Mayıs 2015                    tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 13 Kasım.8.  Ali Osman Öztürk (2000). "Alman oryantalizmi". Vadi Yayınları. ss. s. 74.73..9. TRT . KAFKAS İSLAM ORDUSU.belgesel,muhbir Emrah Timurçin Yazıcı. P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

TÜRK TOPLUMUNDA QADININ YERİ VƏ DƏYƏRİ

Azərbaycan, Türk Oğuz yurdudur və biz qədim tarixə malik olan Oğuz Türkləriyik. Biz Türklərin tarixində qadın, xatun və ya xanım dəyərli və əvəz olunmazdır. Dünya tarixinin səhifələrini aramla incələsək türklər qədər qadına dəyər vərən, qadını ucaldan ikinci bir millətin olmadığını açıq aydın görərik. Bu gün bu yazımda sizə digər toplumlarda, millətlərdə qadının yeri ilə türk millətində və türk toplumunda qadının yerini müqayisə edəcəyəm. Öncəliklə onu qeyd etmək istərdim ki, ailə bu gün olduğu kimi əski türklərdə də önəmli və önəmli olduğu qədər də dəyərlidir.Türklərdə ailənin təməlini qadın təşkil edir. Türk qadını ailəsində söz sahibi olmuş və ərinə igidinə daima dəstək olmuşdur. Bu hələ milatdan öncə də belə idi. Avropada, Afrikada, Ərəbistanda qadınlar kölə kimi satılsa da türk qadını daima hürr azad olmuşdur. Qədim Türklərdə qadın ailədə söz sahibi olduğu qədər siyasi və iqtisadi əlaqələrdə, dövlətin idarəsində də söz sahibi olmuşdur. Qadınlar gözəl qılınc oynadar, at minər və güləşərdilər. Qadınlar savaşda da iştirak edərdi. İndi bunu oxuyanların çoxu mənim irqimi övdüyümü zənn edəcəklər, amma bu gərçəkdir və bu gərçəkləri mən sizə tarixi qaynaqlarla bildirəcəyəm.Qədim Türk atalar sözündə belə deyilir: “Birinci zənginlik sağlıq, ikinci zənginlik yaxşı qadındır”.’ Türklər qadına yüksək dəyər verir demişdik ve bunu qədim türklərin tək evlilik etməsində də görürük. Yəni bir qadınla evli olduqları zaman ikinci bir qadın almazlardı. Hun tükləri dönəmindən başlayaraq qadın kişi ayrımı edilməzdi. Hunlarda qadını kişinin tamamlayıcısı sayılır və qadınsız heç bir şey edilməzdi. Hətta elə ki, Kağanın əmirnamələrində “Xaqan buyurur” ifadəsi yalnız yer alırdısa və Xaqanın Xatununu, yəni xanımının adı qeyd edilməsə o, əmirnamə keçərli olmazdı, qəbul edilməzdi. Yabancı ölkələrin elçiləri yalnız xaqanın hüzuruna çıxmazdılar. Elçilərin qəbulu əsnasında xatunun da xaqanın yanında olması mütləq idi(1). Bəzən də xatunlar tək başına elçiləri qəbul edirdilər. Örnək olaraq Avropa Hun ölkəsinə gələn elçilər Atillanın xanımı Arıq Han tərəfındən qəbul edilir və dövlət işləri ilə əlaqədar görüşürdülər. Qəbul törənlərində, ziyafətlərdə, şölənlərdə xatun xaqanın sol tərəfində otururdu. Siyasi və idarə görüşləri dinləyər və fikirlərini söyləyərdi. Türkiyəli yazar Gökalp bu mövzunu belə qeyd edir “Əski irqlərin heç biri türklər qədər qadına haqq verməmiş və sayqı göstərməmişdir”(2).Göktürk və Uyğurlarda da xaqanın xanımı xatun dövlət işlərində əri ilə bərabər söz sahibi olmuşdur. Hunlarda olduğu kimi onlarda da əmirnamələr yalnız xaqanın adına deyil, “Xaqan və Xatunun namına” deyə ortaqlaşa imzalanmaqdadır. Ailə içində də qadın yüksək söz sahibi olmuşdur(3). Asiya Türklərində Göktürklərin tarixi və yaşamları ilə əlaqədar ən önəmli qaynaq Orhun kitabələridir. VII yüz ildən başlayaraq Orhun Kitabələrində dövlət işlərini bilən “Katunlardan” yəni xatunlardan söz edilir. Orhun kitabələridə də Xaqan ve Xatun buyurur sözləri ile başlayır. İslamdan öncə də Türk qadınlarına verilən önəmlə əlaqədar çox mənbələr var, bunlardan biri də hələ İslamdan öncə İtil (Volga) Bulqarlarını səyahət edən İbni Fadlan, öz əsərində türk toplumunda qadının yerinin heyrətləndirici olduğunu etiraf etməkdə və heyrətləndiyini gizlətməməkdədir. Fadlan, xatunun hökümdarın yanında oturduğunu bunun türklərin adəti olduğunu qeyd edir. Türk qadınının əsla kişilərdən qaçmadığını qeyd edir. Başqa biz ərəb səyyahı İbn Batu belə yazır “Burda qəribə bir hala şahid oldum ki, o da Türklərin qadınlarına göstərdiyi hörmətdir. Burda qadınların qiyməti və dərəcəsi kişilərdən daha üstündür”(4).Eyni zamanda bu yazdıqlarımı qədim Türk dastanlarında da açıq aydın görə bilərik. Dastanlarda qadın kişinin güc və ilham qaynağı olduğu bildirilir. Bizim milli dastanımız olan Kitabi -Dədə Qorqud hekayələrində də buna rast gəlirik. Örnək olaraq “Dəli Domrul hekayəsində” Domrul canının yerinə öz canını verməyə razı olacaq birini bulmağa çalışır və bunu qadında tapır, qadını ona heç çəkinmədən ” canını verəcəyini” söyləyir. Eyni zamana qədim Türklər öz soylarından olan qadınlarla evlənməyə üstünlük verərdilər və bu Türk ata sözümüzde belə qeyd edilir “Ey Türk oğlu Suyu çaydan qızı soydan al(5). Bunun səbəbi yazının əvvəlində də qeyd etiyim kimi Türk qadının cəsarəti ve şərəfli olmasıdır. Türk qadını daima at belində əlində qılınc və savaşda birincidir. Yenə Dədə Qorqud dastanımıza baxsaq, hekayələrdən “Bamsı Beyrək” hekayesinde yer alan Banu Çiçək ,bunun ən gözəl örnəklərindən biridir(6). Bir başqa örnək Selcan Xatundur. Selcan xatun düşmənin gecə ərinə basqın etməsindən şübhə etməkdədir. O ərinə xəbərdarlıq edər və savaş başlayar. Mücadələ sırasında ərinin atı yaralanar. Savaşa hazır bir şəkildə kənarda gözləyən Səlcan Xatun atını düşmənin üstünə sürər və onu qılıncından keçirər(7).Türk qadınının qəhrəmanlığı yazmaqla bitməz. Türklərin xatunlarına verdiyi dəyəri sizlərlə tarixi bilgilərə əsaslanaraq bölüşdüm. İndi gəlin digər irqlərin qadınlara verdiyi dəyəri incələyək. İlk öncə İngilislərlə başlayaq. İngiltərdə XI. yüzilə qədər ərlər arvadlarını sata bilirdi. Xiristiyanlar isə qadına şeytan gözü ilə baxmşlar. Yenə İngiltərədə qadın murdar varlıq sayıldığı üçün, İncilə əl vurmurdu. Qadınlar İncirloxumaq haqqına Hanri dövründə (1509-1547) sahib oldular. İngilis keşişi Dourun Westminister kilsəsindəki nitqindən “Bundan yüz il öncəsinə qədər qadın kişinin süfrəsində oturmaq haqqına sahib olmadığı kimi, söz soruşulmadan danışması da qadağan idi. Kişi başının üstündə böyük odun parçası asardı, lazım gəlsə qadını cəzalandırmaq üçün onu istifadə edərdi. Oğlan uşaqları isə analarına ev içində xidmətçi qadından yuxarı dəyər verməzdilər.Çinlilərdə qadın insan sayılmazdı və ona ad belə verilməzdi . Qız uşaqlarına ad verilməz, bir iki üç deyə çağırılırdı(8). Həyatı boyunca bir kişinin yönətimində yaşamalı idi. Qadın xidmətçi sayılır əri və uşaqları ilə eyni süfrədə otura bilməzdi. Ayaqda durub onlara xidmət etməli idi(9). Farslarda qadın kişiyə itaət etməyə məcbur edilirdi. Bir kişinin birdən çox qadinla evlənməsi normal idi. Qan bağlılığının nigaha mane olmaması səbəbi ilə Sasani İranında farslar anaları və bacıları ilə nigaha girə bilirdilər, hətta buna təşviq edilirdi(10). Cahiliyyə ərəblərin də qız uşağı diri-diri gömülməsi bir gərçəkdir. Qız uşağına sahib olmaq şərəfsizlik hesab edilirdi. Buddizmin qurucusu budda isə ik başlarda qadınları dinə qəbul etməmişdir. Əski yunanalarda qadının bir dəyəri yoxdur. Əşyalardan fərqsiz olan qadın digər mallar kimi satıla ve miras kimi bağışlana bilirdi(11). Slavyanlarda (ruslarda) qadın əşya kimi qiymətləndirilir. Zodruga deyə adlandırılır. Slav ailəsində uşaqlara da əsir kimi baxılır. Ruslarda qadı əri ilə bərabər gömülür. Rus hökümdarlarının, yaxın adamlarının gözü önündə xalqdan cariyələrlə münasibət yaşayırdı.Sizinlə digər millətlərdə qadına verilən dəyəri paylaşdım. İndi əminliklə hər zaman Türk milləti qədər qadına dəyər verən ikinci bir millətin olmadığını çəkinmədən yenidən qeyd edə bilərik. Azərbaycan Türk yurdunda və bütün Türk məmləkətlərindəki igidlər atalarımızın xatunlarına,x anımlarına verdiyi dəyəri yenidən qadınlarına verməli və Türk qadınını uca tutmalıdırlar. Aynur TALIBLI – Tarih ve Medeniyet Araştırmacısıİstanbul Sabahattin Zaim Üniversitesi, Tarih ve Medeniyyet Araştırmaları Bölümü Yüksek Lisans ÖğrencisiYazarın diğer yazıları için tıklayınız.______________________________İstifadə edilən mənbələr:1. Ali Ahmetbeyoğlu; Avrupa Hun İmparatorluğu, TTK Yay., Ankara,2001, s.151.2. Ziya Gökalp; Türkçülüğün Esasları, ( Hzrl. Mehmet Kaplan), Varlık Yay., Ġstanbul 1970, s. 35.3. Özkan Ġzgi; “İslamiyetten Önce Türk Kadınları“, Türk Kültürü Araştırmaları, Ankara,1975, s.145155.4. Muharrem Ergin; Orhun Abideleri, Boğaziçi Yay., Ankara, 1989, s.21,35.5. Azərbaycan Birliyi sehifəsi facebook.com.6. Muharrem Ergin; Dede Korkut Kitabı, Boğaziçi Yay, İstanbul, 2001, s.64.7. M. Ergin; Dede Korkut Destanı, s.122.8. http://www.turkforum.net/710575-eski-turklerde-kadin.html, 18.5.2012.9. Necla Arat; Kadın Sorunu 2. Baskı, Say Yay., Ġstanbul, 1986, s.2610. http://translate.google.com.tr/translate?hl=tr&langpair=en%7Ctr&u=http://www.iranchamber.com/history/articles/women_in_ancient_persia.php23.5.201211. http://www.turkforum.net/710575-eskiturklerde-kadin.html,18.5.2012, http://www.turkforum.net/710575-eski-turklerde-kadin.html 18.5.2012.12. TARİHÎ SÜREÇ İÇERİSİNDE TÜRK TOPLUMUNDA VE DEVLETLERİNDE KADININ YERĠ VE ÖNEMİ HISTORICAL PROCESS AND THE IMPORTANCE OF WOMEN IN THE TURKISH SOCIETY AND THE STATES Yrd. Doç. Dr. Ahmet GÜNDÜZ Ahi Evran Üniversitesi, Eğitim Fakültesi, İlköğretim Sosyal Bilgiler Öğretmenliği ABD13. https://gokturukler.wordpress.com/…/ko…/eski-turklerde-kadın.

AF NASIL OLMALI?!

AF NASIL OLMALI?!..... Yazar : Aynur Talıblı. Tarih ve Medeniyet Araştırmacısı. gazeteçi, yazar. İSTANBUL .28.09.2018   Son günlerde  Türkiye'nin gündemini en çok meşgul eden konulardan biri de MHP lideri Sayın Devlet Bahçeli'nin haklı  ve gerekli olarak ısrarla gündeme taşıdığı af önerisidir.Türk milletinin bu günlerde düşmanca dış baskılar sonucunda yaşanılması için uğraşılan sosyal - ekonomik sorunlar ve ceza evlerindeki yoğunluk nedeniyle Sayın Devlet Bahçeli'nin af önerisi gerçekden de dikkate alınması gerekilen bir konudur. Konumuz af olunca aklımıza böyle bir soru geliyor, "Af nasıl olmalı?" Bir affın hukuki olabilmesi için eşitlik ilkesine uygun olması muhakaktır. Bunun sağlanabilmesi için de bütün suçları kapsaması gerekir. Bütün suçlar derken elbette bunun bir sınırı olmalıdır. Bununla birlikde affı kişilere karşı işlenen suçlar ve devlete  karşı işlenen suçlar diyerek ayırmak da eşitlik ilkesine aykırı olur. Böyle bir ikilemden adalet ve hakka uygun bir biçimde çıkabilmek için affın süresine odaklanmak gerekir.Örneğin; affı kapsayacak süreyi iki yıl, üç yıl gibi bir zaman dilimiyle sınırlandırarak bu ikilemden çıkılabilinir.Bu süre zarfını kapsayan  suçlar da zaten, her ne suç olursa olsun af edilebilecek bir nitelik taşır. Aksi halde bu af sadece hırsızları mutlu eder. Aslında her konuda Avrupa veya Amerika örnek alınıyor. Bu konuda Avrupa ve Amerika hukuki sistemi neden dikkate alınmıyor? Dikkat edersek Avrupa ve Amerika'dakı hukuk sistemi insanları işinden, gücünden, hayatından yoksun bırakmak üzere kurulmamışdır. Devlete ve ülkeye yarar sağlayacak ve suçluları da topluma kazandırmak amacına yönelikdir. Suçlular topluma kazandırılırken devletin ve ülkenin ekanomisine de katkı sağlanması hedef alınmışdır. İşte bu katkıyı sağlamak amacıyla bir çok suçun cezası para cezasına dönüştürülerek devlete ve ekomiye de katkı yolu açılmakdadır. Bizim de bu af konusunu hakka ve hukuka uygun bir şekilde çözebilmemiz için af süresini üç yıl olarak belirlememiz, suç ayrımı yapmamamız ve cezaları para cezası olarak uygulamamız gerekir. Aslında iktidar bedelli askerlik, imar affı gibi ekonomiye katkı edecek isabetli kararlar verdiği gibi hükümlülere de af konusunda isabetli ve eşitlik ilkesine uyacak karar vereceğini umut ediyoruz. 

AVROPALAŞAQ, MODERNLEŞEK YOXSA ÖZLEŞİB TÜRKLEŞEK?!....

AVROPALAŞAQ, MODERNLEŞEK YOXSA ÖZLEŞİB TÜRKLEŞEK?!.... Siz də, mən də tez- tez bu ifadələri eşidirik: "avropalaşmaq" və "modernləşmək". Bu, kimə, nəyə, nə üçün, lazımdır? Ümumilikdə bu anlayış nədir və toplumda necə anlaşılır? Digər tərəfdən "Türkləşmək", yəni "özləşmək"-özümüzə dönmək bizə nə qazandırar  və həyatımızı necə dəyişər? Bu kimi suallara cavab tapmağa çalışacağam bu yazımda. Bu cavabları araşdırarkən Avropanın öz yazarlarının, düşünürlərinin yazılarına və düşüncələrinə müraciət edəcəyəm. Öncəliklə “"modernləşmə" necə meydana gəldi” sualına cavab tapaq və anlamı ilə əlaqədar fikirlərə diqqət yetirək:  Modernləşmə nədir? Sözün anlamı çağdaşlaşmaq, yeniləşmək, əsriləşmək, yəni yüzilə uyğunlaşmaq olan "modernləşmə" (1), geri qalmış bir mədəniyyətin irəli səviyyədəki mədəniyyətə (uyqarlığa) çata bilməyi üçün göstərdiyi cəhdlərin, səylərin ortaq adıdır(2). Bu özlüyündə xarici təsirlərlə meydana gələn toplumsal dəyişiklik prosesidir(3). Milatdan sonra V yüzildə xristianlığı rəsmən qəbul edən Roma yeni dönəmi, köhnə Pagan dönəmindən ayırmaq üçün istifadə etdiyi ''modern'' kəliməsinin kökü latınca "modernus"-dan gəlməkdədir(4). Qeyd edək ki, bəhs etdiyimiz dönəmə qədər Avropa Hz. İsaya, xiristianlığa qarşı çıxmış, savaşmışdır. Hz. İsanı qətl etmişdir. Sonrasında orta çağlardan yeni çağlara keçən, Avropanın yeni bir anlayışı olan yenidən doğuş sürəsini ifadə etmək üçün istifadə etdiyi "modern” anlayışı, Qərbin-Avropanın tarixi bölümündə içərisində özünə xas inkişaf təcrübəsini ifadə etmişdir. İlk dəfə Hengel tərəfindən istifadə edilən "modern" sözünün Avropa qitəsini əhatə etməsi bunun bir sübutudur(5). "Modern"-dən törəyən modernite termini, Avropada bəlli bir dönəmdə yaşanan böyük köklü dəyişkliklərin qarşılığıdır və bəhs etdiyimiz zamanın fərqliliklərini ifadə etmək üçün istifadə edilir(6). Öncədən qeyd etdiyimiz kimi, Avropanın orta çağdan, yeni çağa keçərkən "modernləşmə" deyə adlandırdığı bu dönəm, nə üçün önəmlidir? Orta çağ qövmlərin böyük köçü ilə başlayır və 1453 - cü ildə Fatih Sultan Mehmedin İstanbulu fəthi ilə sona çatır. Yeni Çağ isə 1453-cü il İstanbulun fəthi ilə başlayır və Fransız inqilabı ilə 1789- cu ildə sona çatır. Bu dövrlər sözün əsl mənasında Avropanın rəzillik, geriçilik və natəmizliydən əmələ gələn yoluxucu xəstəliklərlə dolu olan tarixidir. Öncəliklə avropalıların orta çağ yaşamına, mədəniyyətinə nəzər yetirsək "modernləşməyə" nə qədər çox ehtiyacları olduğunu anlayarıq. Hal-hazırda özlərini mədəniyyətin beşiyi zənn edən avropalıların keçmişləri heç də ürəkaçıcı deyil. Onlar sözün əsl mənasında mədəniyyəti, geyimi, təmizliyi, elmi müsəlmanlardan, Türklərdən öyrənmişlər. Onlar daima sömürgəçilik siyasəti yeritmişlər. Bununla yanaşı nə gigiyenik, nə də elmi bilgilərə malik olmayan Avropalılar kilsənin, kralın və feodal bəylərin köləsi kimi həyatlarına davam edirdilər. Bu dövrün Avropasında yuyunmamaq modaydı və kilsə də yuyunmağı qadağan edən əmrlər verirdi. Hətta o vaxtlar yuyunmağı əxlaqsızlıq olaraq görürdülər. O zamanlar vəba, tifüs, firəngi kimi xəstəliklər yayğınlaşmışdı. Firəngi xəstəliyi Fransadan bütün Avropaya yayılmışdı. Zatən firəngi sözünün kökü, o dönəm firəng adlanan fransizlardan gəlir. 16-cı yüzilin ortalarına qədər Avropa xalqı yuyunmağı tamamilə unutdu. Onlar sadəcə əllərini, ağızlarını yuyurdular. Çox az qisim elit təbəqə ildə bir və ya iki dəfə yuyunardı. Məsələn, İspanya kralıçəsi 1. İzabel (1451-1504) həyatında iki dəfə yuyunmuşdur: birincisi evlənərkən, ikincisi doğduqdan sonra. İzabel nə səbəbdəndirsə, o zaman verdiyi qərarla xristian olmayanlara çox təzyiq göstərmiş və 200 min İspanı ölkəsindən kənara sürgün etdirmişdir. Bu kraliçə kimi ildə iki dəfə yuyunmaq ''mədəniyyətinə" sahib olan Fransız Kralı XIV. Louisdir. Fransanı ziyarət edən bir rus elçisi dönüşündə yazdığı qeydlərdə XIV Louisin vəhşi heyvan kimi qoxduğunu qeyd edir. Bu səbəbdən də səyyah Avropa tərəfindən bir daha qəbul edilməmiş və sərt tərzdə xəbərdarlıq edilmişdir. Ruslar da onlardan geri qalmırdı, ən azından ayda bir dəfə təmizlənirdilər. O dövrlərdə Avropa saraylarının necə qoxduğunu siz təsəvvür edin. Bu bərbad qoxunun qarşısını almaq üçün ətirlər kəşf etdilər. Bu gün utanmadan fəxr etdikləri Fransız ətirlərinin yaranma səbəbini hərdən fransızlar xatırlasalar pis olmazdı! (7).   Avropanın qaranlıq üzü-Qulyəbanilik "Qulyəbanilərin yalnız Afrikaya aid olduğunu zənn edənlər ola bilər, amma yanılırlar. Həqiqi qulyəbanilər avropalılardır".  Bu sözlər bu yaxınlarda "Mumyalar, Qulyabanilər və Vampirlər" adlı kitabı ilə Avropa və Amerikada dava dalaşa səbəb olan Durham Universitetinin müəllimlərindən Dr. Richard Sugga aiddir. Suggun fikirlərinə görə, Avropada kökü qədimə dayanan bir qulyəbanilik, yəni insan əti, qanı, sümüyü və b. istifadə etmək adəti var və bu adət təkçə orta çağa aid deyildir. Bizim guya "aydınlanma dövrü" dediyimiz 18-ci yüz ildə də bu adət var idi. Sadəcə kasıb süfrələrində deyil, möhtəşəm saraylarda, yemək masalarında da kəllə sümüyü tozuna və ya mumya parçalarına rastlanırdı.  "Geo" dərgisi ötən saylarından birində bu anormal halın gizli bəlgələrini açdı və qulyabaniliyin "Avropanın qaranlıq sirri" olduğunu ifşa etdi. Ancaq nədənsə Türkiyədə və Azərbaycanda Avropasevərlər bu gizli bəlgələrin açıldığından xəbərsiz oldular və bu gərçəkləri görməzdən gəldilər. Həm də Avropanın biz Türkləri “qətliamçı” elan etdiyi, barbarlıqla suçladığı bir zamanda, bu vəhşiliyin görməzdən gəlinməsi həqiqətən normal deyil. Qulyəbaniliyi başqa irqlərə aid edən Avropaya bu bəlgələrin işığında baxıldığında, qulyəbaniliyin ən uzun davam etdiyi qitə halına gəldiyi görünür. Bu baxımdan özünü aydınlanma mərkəzi kimi görən Avropaya qarşı Suggun kitabını, həm də "Geo"-nun xəbərini gündəmə gətirməyin tam zamanı deyə düşünürəm. Özlərində qulyəbanilik davam etdiyi halda, karikaturalarında hər zaman "bəyazları bir qazanda bişirən Afrikalı qulyəbanilər" imicini tez- tez təkrar edirlər. Onu da qeyd etmək istərdim ki, 19. yüzilin Danimarkasında belə başı kəsilən məhkumların altında, əllərində qablarla gözləyən insanlari görə bilərsiniz. Özəlliklə, edam edilən məhkum gəncsə, ondan axacaq qanın sarılıq xəstəliyini müalicə edəcəyi düşünülürdü. İşin qəribə tərəfi, bu adətin 19.yüz ilin ortalarına qədər davam etməsidir. Hətta edam edilən məhkumun qanını içən adamın ağzını sildiyi dəsmal belə əldən ələ gəzərək şəfa umulurdu (Sugg,səhifə 81). Məzar açmaq, "tibbi qulyəbanilik" də avropalıların adəti idi. Belə ki, 15-ci yüzildə Papa VIII İnnocent ölüm döşəyindəykən aldatılaraq öldürülən 3 gənç qurbanının qanı içirilmiş və şəfa tapacağı umulmuşdu. Ancaq bu müalicələri işə yaramadı və Papa 25 iyulda öldü. Bu hal sadəcə papalar və xalq arasında deyil, dəbdəbəli Avropa saraylarında da keçərli idi. Belə ki, Qanuni Sultan Süleymanın "Sən ki, Fransa Kralı Françeskosun" deyə xitab etdiyi I François, yanında kiçik mumya parçası daşıyırdı. Bu arada Elmi İnqilabın filosofu olaraq dəyərləndirilən Francis Bacon da mumya parçasının qanı durdurmağa yararlı bir dərman olduğuna inanmışdır. İngiltərə kralı II. Charlesə ölüm döşəyində bol-bol kəlləsümüyü tozu içirilmişdi ki, guya acılarını dindirəcəymiş. Zatən İngiltərədə Stuart xənadanının xüsusi maraqlandırırdı "cəsət tibbi". Sözün qısası, "modern", "modernləşən "Avropada 200 il boyunca zəngin olsun, təhsilli və ya cahil heç fərq etməz, hər kəs az və ya çox dərəcədə olaraq qulyəbanilik etdiyini Richard Sugg yazmaqdadır. Bu halda kim həqiqətən qulyəbani və barbardı? - deyə avrupalılara sual vermək lazımdır. Vəhşi və ibtidai deyə həqarətlə adlandırdığı bizlərmi, yoxsa bu işi kitablara mövzu olacaq qədər inkişaf etdirən avropalilarmı? Bunu da qeyd edək ki, gənc insanların edam edilməsi xəstələr üçün şəfa ümidi idi. Ünlü tibb adamı Paracelsusun tələbəsi kimyaçı Johann Schroeder, ölü bədənin necə bir həyat iksiri halına gələ biləcəyini bu sözlərlə belə ifadə edir: "cinayət vaxtında ölmüş 24 yaşında qara dərili birinin cəsəti bir gecə ay işığında gözlədilməlidir. Beləcə qoxusu, tustulənmiş bir ət kimi olur". Nəyə görə qaradərili biri tərcih edilir?-deyə düşünə bilərsiniz. Bunun səbəbi avropalıların qara dərililəri insan hesab etməməsi, heyvan kimi dəyərləndirməsi idi. Günümüzdə Avropada yaşayan afrikalıların avropalılar tərəfindən heyvan kimi ovlananıb kölə olaraq istifadə edilən insanların nəvələri olduğunu da unutmayaq. Daha yeni -22.01.2017-ci tarixində belə, Avropada qaradərililərə təzyiq edilir və futbol meydanında "meymun" deyə təhqir edirlər(8). Ən qədim tualetlərə, milatdan öncə 40000-ci illərdə Mesopatamiyada rastlanir. Avropalıların bəyənmədiyi və ötəkiləşdirdiyi Hindistanda , Suriyada və digər irqlərdə biz türklərdə olduğu kimi, tualet mədəniyyəti qədimdən vardır. Hətta Misirdə Fironların məzarlarına tualet və hamam otağı əlavə edilmişdir. Türkiyədə, Van şəhərində milatdan öncə 8. yüz ilə aid tualet qalıntısı tapılmışdır ki, bu gün istifadə edilən tualetlərə bənzərdir. Amma Avropaya baxdığımız zaman onlarda bu mədəniyyətində olmadığını açıq görürük. Məsələn, Herodotun yaşadığı o parlaq dövrdə yunanlılar tualet nədir bilməzlər. Tarixçilər bir məkan olaraq tualetin Şərqdən Qərbə keçdiyində həmfikirdilər. Amma bu keçiş yüzillər sürmüşdür. Avropada görülən xəstəliklərin də başlıca səbəblərindən biri budur. Məsələn, 1388 -ci ildə İngiltərə Kralı II. Richard göl və gölməçələri tualet yerinə istifadəsini qadağan etmiş, amma bu işi harda etmək gərəkdiyini qeyd etməyi unutmuşur. Fransada da vəziyyət eynidir. Bunun üçün də qeyd etdiyimiz kimi, Paris ətirləri kəşf edildi. Osmanlı Türk imperatorluğunun ilk Paris elçisi İyirmisəkkiz Məhməd Çələbi xatiratlarında fransızlarin kişi və qadin fərq etmədən su kimi parfum istifadə etdiyini qeyd edir. Ancaq çevrədən və fransızların vücudundan gələn pis qoxuyla parfum birləşdiyində daha da bərbad qoxduqlarını və pis qoxularını heç bir parfum, ətirlə örtə bilməyəcəklərini qeyd edir. Çələbi vətənə döndüyündə ayağının tozu ilə "Türkçə deyimlər" sözlüyünə yeni bir ifadə hədiyyə edər ki, bu "üzərinə tüy dikmək" yəni " üzərinə tük əkmək" ifadəsidir. Bu ifadəni xətanın xəta ilə təlafi edilməsinə sinonim kimi istifadə edir. Bu ifadənin necə meydana gəldiyini sizlərlə bölüşəcəm. Fransada Versay sarayinda" tüy tikmek" yəni "tük əkmək” metodu belə idi: koridorların künclərinə nəcislərini buraxan fransız krallarının nəcisləri xidmətçilər tərəfindən təmizlənmədən öncə, üzərinə bir qaz tükü elavə edərlərmiş və quruduğu zaman o tükdən tutub pisliyi pəncərədən küçəyə atarlarmış. Bu da beləcə "üzərinə tük əkmək" olaraq dilə daxil oldu. Avropanın təmizliyi və tualet mədəniyyətinin önəmini anlaması çox yenidir. Binalar yüksəldikçə tualet problemi dərd oldu və nəticədə "sifon"-un binalara bir təmizlik vasitəsi olaraq girməyi ilə su təsisatçılığı başlayır. Avropa şəhərlərində modern su təsisatları, kanalizasiya sistemi 19-cu yüzilin sonlarına doğru quruldu(9). Avropada elm Avropalılar elm sahəsində də hər şeyi müsəlmanlardan, türklərdən öyrənmişdir. Məsələn, astranomiyanı. Bu elmi müsəlmanlardan öyrənmələrinin nəticəsidir ki, ulduzların adı da ərəbcədən gəlir. Aldebaran (avropa dillərində) -al-Dabaran (ərəbcə), Algenib (avropa dillərində)- al-Cənub ( ərəbcə), Altair(avropa dillərində)-al-Tayr (ərəbcə). XI yüzildə Bağdadda böyük bir rəsədxana qurulmuşdur. Teymurilərin Türk Xaqanı Uluğ bəy (1394-1449) eyni zamanda dünyanın ən böyük riyaziyyat ve astranomiya bilgələrindəndir. Uluğ bəy illərcə Səmərqənddə rəsədxananın başında durmuş, etdiyi araşdırmalarla qədim yunan bilgələrinin və daha sonra isə ilk ərəb Astranomlarının səhvlərini düzəldərək bu günkü Astranomiyanın təməlini qoymuşdur. Bu gün Avropa qitəsinin X. Kolumb tərəfindən kəşf edildiyi söylənsə də, ondan çox uzun illər öncə ünlü dənizçi səyyah Piri Rəisin əli ilə cizdiyi xəritədə bu günkü texnologiyanın ancaq kosmik fotolarında görə biləcəyi ayrıntıların olduğunu unutmamalıyıq. Bu arada böyük Türk bilgini İbn Sina həkimliyin, tibbin qurucusudur. Onun "Əl-Şifa", “Əl-Nicat", “Əl-Qanun -Fit -Tibb" kimi əsərləri bütün Avropa Universitetlerində XVII yüzilin sonlarına qədər oxudulmuşdu (10). Türk-İslam dünyasında ortaya çıxmış elm və təhsil qurumu, ocağı da mədrəsədir. Bu günün universitetləri də mədrəsədən ilham alaraq yaradılmışdır. Fəqət universitetləri avropalıların qurduğu deyilsə də, İslam dünyasinda ilk ali təhsil müəssəsi XI yüzilin ortalarında rəsmi bir bəlgəylə ortaya çıxan mədrəsə sistemi Səlcuklu Türlərinin əsəridir. Ayrıca bu təhsil sisteminin Səlcuqlu öncəsində bir inkişaf prosesi keçdiyini və bu hazırlıq dönəmində də Xorasan və Mavərənəhr və ya Qaşğarlı Mahmudun ifadəsi ilə Çayardi bölgəsinin, yəni əhalisinin heç olmasa, bir qismi və hər halda böyük bir qismi Türk olan coğrafi çevrələrin və Qaraxanlılar, Qəznəvilər böyük payı olduğu görünməkdədir. Beləcə, İslam dünyasının ail və orta təhsil qurumu olan mədrəsə də Türklərin bir əsəri, İslam Dünyasının kültür və mədəniyyətinə Türklərin önəmli bir qatqısı olaraq qarşımıza çıxmaqdadır(11). Avropa səlib yürüşlərində müsəlmanlardan yuyunmağı, yemək mədəniyyətini, keramika sənətini və bir çox şey öyrənmişdir. Elm, bilim, mədəniyyət, texnologiya və s. bir çox şeyi bu gün bəyənmədikləri, hətta barbar, gerici adlandırdıqları müsəlmanlardan, türklərdən öyrənən Avropanın həqiqi mənada barbar olduğunu gördük. Bəzi Avropalılar müsəlmanların, türklərin önəmini bu sözlərlə etiraf edirlər: "Müsəlman Əndəlüsdən bizə 30 kitab qaldı, atomu parçalaya bildik. Əgər, şayət yandırılan bir milyon kitabın yarsı qalsaydı çoxdan qalaktikalar arasında olacaqdıq".   Pierre Cure (Nobel ödüllü Fizikçi). "Tarixdən Türkü çıxarsanız geriyə tarix deyilən bir şey qalmayacaqdır".  Wolfgan von Goethe. Biz niyə avropalıları yamsılayırıq? Siz də yazılardan gördünüz, Avropa üçün geridəqalmış mədəniyyətlərini inkişaf etdirmək baxımından iləri mədəniyyətdən, yəni bizlərdən-müsəlmanlardan, türklərdən bir çox cəhətdən nələrsə öyrənmək, "modernləşmək" önəmlidir və mütləqdir. Bəs bizlər "modernləşirik" deyə niyə Avropanın geridə qalmış mədəniyyətini yamsılayırıq? Avropalaşmaq düşüncəsini "modernləşmək" olaraq anlayıb, avropalılarin “fast-food” dedikləri sağlığsız yemək tərzini, etik olmayan, mədəniyyət normalarına uymayan geyim tərzini və vulqar sözlərlə dolu musuqilərini mənimsəyərək modernləşdiyini düşünənlər var yeterincə, amma yanılırlar! Bizlər özləşməliyik, özümüzə dönməliyik. Tarixə meyadan oxuyan, dunyanın Fateh deyə adlandırdığı ilk Avropaya hökm edən Atillanın, Oğuz xanın nəvələri, şanlı Türk milləti olduğumuz unutmamalıyıq. Bizlər özləşib, türklüyümüzün fərqinə varmasaq, modernləşə bilməyəcəyik. Elmimizə və mədəniyyətimizə sahib çıxmasaq, avropalıların bizim mədəniyyətimizi mənimsəyərək elmdə, texnologiyada irəliləmələrini uzaqdan izləməyə sadəcə daim məhkum olarıq. Sonda sizə Mehmet Akif Ersoyun, Cəlil Məmmədquluzadənin və Mustafa Kəmal Atatürkük sözlərini xatirlatmaq istəyirəm və düşünməyə çağırıram. "Kim demiş Avrupa insanı medeni? Nə edep var, ne haya çırılçıplak bedeni! Eğer medeniyet açıp saçmaksa bedeni; Desenize, hayvanlar bizdən daha medeni!" Mehmet Akif Ersoy. "Azərbaycan qadını çarşabdan çıxıb başını açanda müasirləşdi deyə sevincimdən papağımı göyə tulladım, o gün bu gündür papağımı tapa bilmirəm." Cəlil Məmmədquluzadə. "Muhtaç olduğun kudret damarlarindaki ASİL KANDA MEVCUTTUR”  MUSTAFA KAMAL ATATÜRK.YAZAR: AYNUR TALIBLI.TARİH VE MEDENİYET ARAŞTIRMACISI.İSTANBUL 2017 Xüsusi Təşəkkürlər Türk Komutan İSHAK ÇELIK Beyə Sayqılarla İstifadə edilən mənbələr: 1.Mehmet Doğan, Büyük Türkçe Sözlük, Ġz yay. 11.Bas., Ekim 1996, s.780. 2. 9 Halil Ġnalcık, “Atatürk ve Türkiye‟nin ModernleĢmesi”, Belleten, c.LII /63, s.986 3.0 Emre Kongar, Toplumsal DeğiĢme Kuramları ve Türkiye Gerçeği, Remzi kit. 6. bas. Ġst.1995, s.227 4.Ergün Yıldırım, Hayali Modernlik: Türk Modernliğinin Ġcadı, Doğu Kit., 2. Bas., Ġst. Haz. 2012, s. 15 5.Şeyhmus Demir, Mutlu Sesli, Veysel Yılmaz, “Türk ModernleĢmesi: EleĢtirel Bir BakıĢ” Sosyal Bilimler Araştırmaları Dergisi- 2, 2008 s.78;77-90 6. Gönül Pultar, (Der.), Türk Bilim Adamlarının BakıĢ Açısından Ġslâm ve Modernite, Remzi Kit.1.Bas.Ġst.2007 s.23;42 7.Harris, Karen (Karen Larsdatter), “Baths in Medieval and Renaissance Works of Art. Hull, Marvin. “Bathing and Washing During Medieval Times, Von Furstenberg, Diane. The Bath. Fissel, Mary E. “Steamy Encounters,” Women’s Health in Primary Care 8.dunyagerceklerim.blogspot.. 9.Dini ve TARİHİ GERÇEKLER.facebook.com. 10.ekemer.com/avrupa-medeniyeti-bizden-ogrendi-same… 11. Aydın Sayılı, “Higher Education in Medieval İslam”, Ankara Üniversitesi Yıllığı, cilt 2, 1948, s. 30-71. Aynur Talıblı. İstanbul Sabahattin Zaim Üniversiteti, Tarix və Mədəniyyət Araşdırmaları bölümü, Yüksək Lisans. NOT: Türk komutan İshak ÇELİK bəyə, verdiyi dəyərli bilgilər üçün xüsusi təşəkkür edirəm, sayqılarımla.

AZERİ Yoxsa TÜRK!!!

Tarix boyu bəzi irqlər, millətlər öz qəhrəmanlıqları ilə digərlərindən fərqlənib. İrqindən, millətindən gələn xüsusiyyətlər insanların sonrakı həyatlarına, mədəniyyət, örf və yurd anlayışlarına böyük təsir göstərir. Bu yazımda "millət nədir? ", "milli mənsubiyyətin önəmi" və bizlərin milli kimliyinin "azəri, yoxsa Türk" olduğumuzdan bəhs edəcəyəm.Bu mövzu son zamanlar çox müzakirə edilir. Bəzi işbazlar kariyeralarınıın sonuna gəldikləri üçünmu, yoxsa qanlarında rus və ya erməni qarışığı olduğundanmı bilinməz, millətimizi və milli kimliyimizi başqa tərzdə və kökündən uzaq bir halda bizlərə tanıtmağa çalışırlar. Mənə görə, bu gündəmdə qalmaq üçün və ya xarici qüvvələrin xüsusi sifarişi ilə edilir. İlk öncə " millət nədir", "millət anlayış nəyi ifadə edir" suallarına cavab tapmağa çalışacaq, bu mövzularda fikirlər bildirəcəyəm.Ərəbcə “millət”, türkçə “ulus”, fransızca “nation” adlanan bu qavram, bir -birlərinə bir sıra tellərlə bağlanmış insanlardan formalaşmış topluluq olaraq başa düşülür. Gəlin, indi bu tellərin nə olduğunu aydınlaşdıraq. İnsanları bir-birinə bağlayan tellərin; yəni milləti təşkil edən faktorların, dəlil və ya sübutların, iki fərqli millət anlayışı üzərində qurulduğu təsbit olunub: Obyektiv (nəsnəsəl, maddi ) millət anlayışı və subyektiv (özcü) millət anlayışı(1).  Obyektiv milli anlayışa görə, milləti təşkil edən insanlar bir- birinə konkret bağlar ilə bağlanırlar. Buna qarşılıq olaraq, subyektiv-özcü millət anlayışına görə, milləti təşkil edən insanlar bir-birinə subyektiv-özcü, şəxsi olan bağlarla da bağlana bilir.Başqa ibarəylə desək, obyektiv millət anlayışına görə, insan topluluğu millət halına bir neçə faktorların təsiri ilə çevrilir. Subyektiv millət anlayışına görə isə, bu çevrilmə subyektiv ünsürlərin təsiri ilə də ola bilər(2). Obyektiv mili anlayışa görə millət, ulus -eyni irqdən, eyni dildən gələn və eyni dinə inanan insanların meydana gətirdiyi bir topluluqdur. Bu görüşü mənimsəyən mütəfəkkirlərin bəziləri dil birliyini, bəziləri yurd birliyini, bəziləri soy birliyini, bəziləri din birliyini, bəziləri tarix ortaqlığını və ülkü (ideal) qardaşlığını fərdləri bir-birinə bağlayan əsas ünsür və ya faktor olaraq görmüşlər. Saydığımız faktorlar tarixi baxımdan bir çox millətin meydana gəlməsində böyük rol oynamışdır. Fəqət millət sadəcə bu ünsürləri mənimsəyən toplumlardan meydana gəlmir. Bu baxımdan millətin meydana gəlməsində subyektiv, yəni mədəni ünsürlər də ağır basmaqdadır(3).Subyektiv millət anlayişina görə, milləti millət edən bağlar mənəvidir, bir çox duyğu və düşüncələrdən ibarətdir. Subyektiv-özcu millət anlayışını ilk dəfə Ernest Renan (4)(1823-1892) tərəfindən 1882-ci ildə yayinlanan Qu"est-ce q"une nation (MİLLƏT NƏDİR) s.114(5) isimli əsərində ortaya atmışdır.Milləti ortaya çıxaran insanları bir-birinə bağlayan bu özcu bağlar arasında keçmiş, xatirə, məqsəd, ideal, gələcək, ülkü birliyi kimi xüsuslar yer almaqdadır(7). Keçmişdə yaşanan ortaq acılar və ya birlikdə qazanılan uğurlar-zəfərlər, ortaq məqsədə çatmaq üçün mücadələlər, ortaq təhlükələrə qarşı birlikdə mübarizə kimi faktorlar insanları bir-birinə bağlayar və milləti təşkil edir. Ernest Renan millətin obyektiv ünsürlərlə meydana gəldiyi düşüncəsini rədd etmişdir. Yazara görə: "İnsan nə irqinin, nə dilinin, nə də dininin, nə də çayların izlədiyi yolun, nə də sıra dağların yönünün əsəridir. Sağlam duyğulu və istiqəlbli insanların bir araya gəlməsi mənəvi bir şüur yaradır ki, buna millət deyilir" (9). Deməli, Renana görə, milləti meydana gətirən nəsnə, "birlikdə acı çəkmiş, sevinmiş və birlikdə ümid etmiş olmaq" dır(10). Şüphə yox ki, millət bir könül birliyi, bir ruh anlaşması və bunun hüquqi ifadəsi olaraq birlikdə yaşamaq arzu və iradəsidir. Bu birlik və anlaşmanın əmələ gəlməsi üçün əlverişli bir zəmin lazımdır. Bu zəmini əmələ gətirən, yuxarıda qeyd etdiyimiz ortaq dil, ortaq torpaq, ortaq tarix, ortaq soy, ortaq ölkə, ortaq din kimi obyektiv faktorlardır. Ancaq subyektiv və ya mədəni faktorlar bu zəminin üzərində yüksələ bilər. Demək ki, bir millətin meydana gəlməsində həm obyektiv, həm də subyektiv anlayışlar bir-birini tamamlamalıdır. Ayrıca, bir insan topluluğunun bir könül birliyi halını alaraq, bir milləti meydana gətirməsində siyasi qüvvə və təşkilatın da böyük rolu vardır. Bütün qeyd etdiyimiz bu qavramlarla birlikdə millətə belə bir tərif verə bilərik.: "Millət nə yalnız irq, yurd birliyindən, nə dil, tarix və ülkü birliyindən, nə də siyasi, hüquqi və iqtisadi birliyindən doğar, o, yuxarıda saydığımız obyektiv və subyeltiv ünsürlərin birləşməsindən meydana gələn tarixi sosial bir gərçəkdir"(11). Türkiyəli yazar Gökalp " millət nədir" sualına cavab verərkən bu kəlimənin mənasına yaxın olan "irq, qövm, ümmət, xalq, dövlət" kimi qavramların tənqidindən yola çıxaraq, "millətin irqi bir birlik olmadığını, mədəni bir birliyə dayanan tərbiyə, yəni təlim sonucunda meydana gələn birlik olduğunu ifadə edir(12). Bəs, millətin və ya hansi millətə mənsub olmağin önəmi nədir?  Öncəliklə millət çox önəmlidir və millət olmadan dövlət olmaz. Bir dövlətin var ola bilməsi üçün bəlli bir insan topluluğu olmalıdır. Bəhs etdiymiz topluluğu təşkil edən insanlar bəlli bir dəyərə sahib olmalıdır və bu tarix boyu belə olmuşdur. Bu dəyərlərə coğrafi, irqi, tarixi faktorlar və təşkilatlanma, kültür birliyi daxildir. Millətini bilməyən dövlətinin və vətənini qiymətini bilməz. Milli kimliyinə dəyər verməyən, vətən torpağının da dəyərini anlamaz. Millətin dəyərini anlamayan hər zaman işğal altında qalar və ölkəsinin hürriyyətini, azadlığını önəmsəməz. Milli mənliyini, milli dəyərlərini, milli kimliyini, milli ruh birliyini bilməyən, tanımayan, formalaşdıra bilməyən topluluqlar öz soylarından uzaqlaşır və öz milli birliyini oluşdurmuş başqa millətlərin içində əriyib yox olurlar. Bu halda olan minlərcə topluluq vardır. Buna ən yaxşı örnək Avropadakı- Amerikadakı afrikalılardır. Onlar Avropadakıların köləsi olaraq yaşamış və özlərinə fransız, ingilis və. s deməyə məcbur edilmişlər. Bəziləri milli mənsubiyyəti önəmsəmədiyini desələr də amma evlərinə ən kiçik əşya aldıqlarında onun mənşəyini soruşurlar. Örnəyin, bir köynək alarkən pambıq yoxsa sintetik olduğunu araşdırırlar və ya bir çanta alınca dəri və ya dərinin əvəzedici olub-olmadığını sual edirlər. Elədirsə, öz mənşələrinə, milli kimliklərinə önəm vermirlərsə demək ki, sosial varlıq olan insana aldıqları əşya qədər dəyər verməyi düşünmürlər. Bu isə ağla və məntiqə sığacaq bir düşüncə deyil.  Türklərdə millət qavramı dövlətin ayrılmaz bir parçasıdır(13).Bəs, biz Azərbaycanlıların milləti nədir ?Bu suala cavab olaraq "Türk milləti " deyə düşündüyünüzü bilirəm və mən də belə düşünürəm. Amma bəziləri " azəri " və ya "azərbaycanlı" deyə söyləyir. Bu " azəri" sözü son zamanlarda meydana çıxmışdır. Sizə əminliklə deyə bilərəm ki, biz Oğuz Türklərini, "azəri milləti" deyə farslar, "azərbaycanlı milləti " deyə isə ruslar adlandırmışlar. Bunun səbəbi heç şübhəsiz, İran adlanan fars dövlətinin 40 milyon Azərbaycan Türkünün ayaqlanmasından qorxduğudur. İran fars dövləti "azərilər" deyə bizləri türk millətindən ayırmaq istəməmişlərdir. Digər tərəfdən ruslar da "azəri və ya azərbaycanlı", özbək, qazax, tatar, tacik deyə Türk millətini parçalamış və beləcə hökm etmişdir. Əks halda Türklərin tək Türk milləti adı ilə birləşib onlara üsyan edəcəklərini və Qafqazlarda, Avrasiyada hökm sürəcəyindən əmin olmuşlar. Ruslar və farslar, ingilislər tarix boyu Türk millətinə qarşı “böl, parçala, ud və ya hökm et” siyasətini həyata keçirmişlərdir.  Azərbaycan tarix boyu Oğuz Türkmən, Türk yurdu olmuşdur. Hətta Dədə-Qorqud dastanındakı hekayələrdə keçən yer adlarının Azərbaycanda olduğunu Türkiyəli məşhur tarixçi M.F.Kırzıoğlu isbat etmişdir. Azərbaycan Türkləri üçün tarixdə Bizanslılar "Turkia",  farslar "Türkmən cənnəti" demişlərdir. Osmanli-Səfəvi qaynağlarında da Azərbaycanda yaşayan əhaliyə Türkmən deyilmişdir. Oğuz Türk hökümdarı olan Şah İsmayil Xətai də Azərbaycan torpağında yaşan əhaliyə doğru olaraq "Türk oğulları" deyə xitab edərək, buyurmuşdur: "Ey Türk oğlulları! Dilinizin bir sözünü dünyanın heç bir dilinə, bir ovuc torpağınızı dünyanın heç bir dövlətinə dəyişmyin. Onu qoruyun və gələcək nəsillərə göndərin!" Azərbaycan adının mənşəyi ilə əlaqədar tarixçilər və araşdırmacılar müxtəlif fikirlər irəli sürmüşlər. Amma "Azərbaycanlı" deyə millətin olmadığı düşüncəsində həmfikir olmuşlar. Bu nöqtədən tarixə baxdığımızda bu mövzunu araşdıranlar qaynaqlarda bölgə xalqına "azərbaycanlı" və ya "azəri" adlarını verməmiş və bu şəkildə tanımlanmamışdırlar. Bu gün yayqın şəkildə və qərəzli olaraq, "azərbaycanlı milləti" , "azəri millət" , "azəricə dili" və ya "Azərbaycan dili" deyə yayqınlaşdırılır. Bu nədənsə xüsusi ilə Güney Azərbaycanda deyil də, Quzey Azərbaycanda belədir. Quzey Azərbaycanda insanların dilində özəlliklə "azəri" və"azəricə" sözləri dolanır. Bu baxımdan fars zülümünə məruz qalmalarına baxmayaraq, Güney Azərbaycandakı soydaşlarımız daha cəsurdurlar və doğruları dəyişdirmirlər. Güney Azərbaycandakı soydaşlarımız hər xaman, hər yerdə Türk millətindən olduqlarını və dillərinin Türkçə olduğunu xüsusi ilə qeyd edirlər.Bunu mən Təbrizə ziyarətimdə özüm gözləmlədim. Özlərini "azəri" və ya "azərbaycanlı" milləti adlandıranlar, tarixi araşdırsalar çox böyük xəta etdiklərini anlayarlar. "Azəri" deyə farslar atəşə sitayiş edən kiçik bir tayfanı adlandırırlar. "Azərbaycanlı" deyə bir millətin olmayacağını oxuyan, araşdıran hər kəs anlayar. Çünki “Azərbaycanlı", “Amerikalı”, “Fransalı” və s. hansı ölkədən olduğunu bildirən ifadədir. Belə bir millət ola bilməz. Necə ki, İraqlə, Suriyalı, Libyalı, Dubaylı deyə millət yoxdur və burda yaşayan insanların milli mənsubiyyəti ərəbdir, Azərbaycanlıların, Özbəkistanlıların, Qazaxıstanlıların, Türkmənistanlıların, Türkiyəlilərin, Güney Azərbaycanlıların, İraq və Suriya Türkmənlərinin və. s milliyyəti isə Türkdür, yəni bu insanlar milli azlıqları çıxmaq şərti ilə əsasən Türk millətinə mənsubdurlar.  Miladdan öncəki dönəmlərdən XX yüzilə qədər Azərbaycanda yaşayan insanlara daim Türk və danışdığımız dilə də Türkçə deyilmişdir. Sovet dönəmində rusların işğalı ilə azərbaycanlı, azəri və azəricə ifadələri xüsusi ilə yayqınlaşdırdı(14). 1936-cı ildə Stalin özəlliklə " Türk milləti " deyilməsinə qarşı çıxaraq "azərbaycanlı" deyilməsini təbliğ etdirir. Stalinin məqsədi Türklərə qarşı" böl, parçala, idarə et" siyasətini həyata keçirməkdir. Bu yerdə unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin bu misraları hər şeyi izah edir: "Qurdlar olub çobanların qoyunu, İtdən öyrənirsən öz soyunu, Azərilik komunizmin oyunu, Azəri deyilik,Türk oğlu Türkük.  Halbuki, 1919-cu,1924-cu ilə aid bəlgələrdə və 1929-cu ilə aid olan kitablarda Türk dili və sonrasında 1934 -cü və 1941 ci illərə aid şəxsiyyət vəsiqələrdə və pasportlarda milli mənsubiyyətimiz Türk milləti olaraq qeyd edilir. Sonradan müstəqillik zamanında, mərhum liderimiz, dövlət başçımız Əbülfəz Elçibəyin dönəmində də kitablarin üzərində "Türk dili " deyə özəlliklə qeyd edilirdi. Demək ki, bizlərin Türk millətinə mənsub olduğumuz gərçəyi işğalçıları (rusları, farsları) ciddi dərəcədə narahat edir və qorxudurdu. Mərhum düşünürümüz və şairimizin Bəxtiyar Vahabzədənin bu misralarını tam yeridir deyə düşünürəm:  "Anlaya bilmirəm, niyə "TÜRK" sözü,  Kiminsə başına düşən daş olub... " Azərbaycanın şairlərindən biri olan Səməd Vurğun da Stalinin qəbulunda oxuduğu "Rəhbərə Salam" şeirində Türk sözünü işlətmişdir: Bakının sayrışan ulduzlarından, Çadrasız, boyasız Türk qızlarından, Uçan durnaların xoş avazından, Bizim aşıqların avazında, Şərqin qapısından yanan bir şamdan, Günəşli gündüzdən, aylı axşamdan, Azad sənətimdən, azad dilimdən, Mənə könül verən öz sevgilimdən Salam gətirmişəm huzuruna mən, Bu gündən, gələcək qərinələrdən!   Sizlərlə Azərbaycalıların Türk millətinə məxsus olduğunu tarixi dəlillərə və bəlgələrə əsasən paylaşdım. İndi özlərini "azəri" deyə atəşə sitayiş edən kiçik bir tayfa olaraq görənlərə və "azərbaycanlı" milləti deyə adlandıranlara yenidən düşünmələri gərəkdiyini məsləhət görürəm. Əks halda, sadəcə 1936-ci ildən sonra meydana gələn bir millət olaraq kiçilərlər. Halbuki, bizlər şanlı Oğuz Türkləriyik və milladdan 5 min il öncəyə uzanan bir tariximiz vardır. Digər tərəfdən bizim müstəqilliyimizin rəmzi olan üçrəngli şanlı bayrağımızdakı mavi, göy rəngin anlamının türk milləti olduğumuzu və soyumuzun Göy Türklərdən gəldiyini bildirdiyini anlamaları lazımdır. Bunu Azərbaycanda ibtidai sinifdə oxuyan şagirdlərin belə, bildiyi halda, yaşı kifayət qədər olan bəzi millət vəkillərinin və ya akademiklərin bilməməsi həqiqətən heç də inanadırıcı deyil. Bu qərəzli Türk düşmənliyinə son verilməsi lazımdır! Azərbaycanın mərhum, qurucu Türkçü lideri, dövlət başçısı Əbulfəz Elçibəyin bu fikirlərini xatırlatmaq istərdim; "Türklük odur ki, Türklüyün önəmini dərk edəsən və onunla fəxr edəsən. Necə ki, ingilislər ingilisliyini dərk edir və onunla fəxr edirlər" , "Türk deyiləm " deyənə qarşı heç vaxt israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla şərəf verəcək deyilik, əlbəttə". Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyev də hər zaman "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" demişdir. Sözümü mərhum şairimiz və düşünürümüzün bu misralariyla bitirmək istərdim: Əslimi, nəslimi tanıyıram mən, Qarışı deyiləm özümdən hürkəm. Sən kimsən, sən nəsən, özün bilərsən Mən ilk qaynağımdan Türk oğlu Türkəm!  Sizin diqqətinizi bu yazimda açıqca Türk olduğumuza yönəltdim. Bunu inkar etməyə çalışanların əminəm ki, qanında ya rus və ya erməni qarışığı ola bilər. Amma bu onlara haqq vermir ki, bütün Azərbaycanlıların Türk olmadığını idda etsinlər. Bu hüquqi bir suçdur! Unutmayın bizlər şanlı Oğuz Türkləriyik! Vətənimizin, ölkəmizin adı Azərbaycandır. Türkiyəli 80 minlyonluqTürk qardaşlarımız hər zaman Can Azərbaycan deyərlər. ÇÜNKİ ONLAR EYNİ CAN, EYNİ QAN OLDUĞUMUZU BİLİRLƏR.Nə mutlu Türküm deyənə! İstifadə edilən mənbələr: 1.Ömer İlhan Akipek, Devletler Hukuku: Devletler Hukuku Şahıslarından Devlet, Ankara, Başnur Matbaası, Üçüncü Bası, Tarihsiz, s.87. 2. Kemal Gözler, "Devletin Bir Unsuru Olarak 'Millet' Kavramı", Türkiye Günlüğü, Sayı 64, Kış 2001, s 3.MİLLİYETÇİLİK. http://www.ait.hacettepe.edu.tr/egitim/ait203204/II9.pdf 4.Renan hakkında bkz. Edward McNall Burns, Çağdaş Siyasal Düşünceler: 1850-1950 (Çev. Alaeddin Şenel), Ankara, Birey ve Toplum Yayıncılık, 1982, s.442-443. 5.Kemal Gözler, "Devletin Bir Unsuru Olarak 'Millet' Kavramı", Türkiye Günlüğü, Sayı 64, Kış 2001, s.114. 6.Ernest Renan, Qu’est-ce qu’une nation, Paris, 1882. Türkçe çevirisi için bkz. Ernest Renan, “Millet Nedir”, Ülkü, Sayı 77, Temmuz 1939, s.396 vd., Sayı 78, Ağustos 1939, s.514 vd. 7.Okandan, op. cit., s.693. 8.Ibid. 9.. Ernest Renan, Qu’est-ce qu’une nation, Paris, 1882, s.29 (nakleden Georg Jellinek, L’Etat moderne et son droit, (Traduction française par Georges Fardis), Paris, M. Giard & E. Brière, 1911, Cilt I, s.208). 10. McNall Burns, op. cit., s.443. 11..MİLLİYETÇİLİK. http://www.ait.hacettepe.edu.tr/egitim/ait203204/II9.pdf 12. Ziya Gökalp, Makaleler VIII, “Millet Nedir?”, Ankara,1981, s.151. http://.ege-edebiyat.org/docs/530.pdf 13.genelbilgi.com 14.Bülent Pakman.Ağustos 2012.Son guncelleme Ekim 2013. http:wp/me PA exV-2 15.Kemal Gözler**Doç.Dr. Uludağ Üniversitesi İktisadî ve İdarî Bilimler Fakültesi öğretim üyesidi Türk komutan İshak ÇELİK bəyə, verdiyi dəyərli bilgilər üçün xüsusi təşəkkür edirəm, sayqılarımla. AYNUR TALIBLI . İstanbul Sabahattin Zaim Üniversiteti, Tarix və Mədəniyyət Araştırmaları Bölümü, Yüksək Lisansİstanbul 2017