Azərbaycan Milli İqtisadiyyatının Formalaşması və Xarici İqtisadi Əlaqələrin İnkişafı

Azərbaycan Respublikası tarixində ikinci dəfə özünün dövlət müstəqilliyini əldə etdikdən sonra özünün sərbəst gömrük siyasətini reallaşdırmağa başladı. Lakin bu istiqamətdə bir sıra çətinliklər mövcud idi. Əvvələn, Azərbaycan Respublikasında ölkənin bütün sərhədlərini əhatə edə bilən gömrük şəbəkəsi yox idi. İkincisi, keçmiş SSRİ-nin tərkibində olduğu illərdə vahid gömrük siyasəti həyata keçirildiyi üçün milli gömrük siyasəti yaranmışdı. Üçüncüsü, milli gömrük kadrların sayı olduqca az idi və qısa müddət ərzində belə kadrların hazırlanması üçün lazımı qanunvericilik yox idi. Dördüncüsü, Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan separatçı hərbi birləşmələrinin işğalı altında olması, bu işlərin vaxtında başa çatdırılmasına mane olmuşdur. Beşincisi, tədris bazasının təşkili üçün dərslik və tədris vəsaitləri, eləcə də ixtisaslı pedaqoji işçilər demək olar ki, yox dərəcəsində idi.Yuxarıdakı mülahizələrə bir qədər də aydınlıq gətirək. Azərbaycan Respublikasının Rusiya Federasiyası və Gürcüstan Respublikası ilə olan dövlət sərhədləri şəffaf olduğu üçün bu, indi də müəyyən problemlər yaradır. Ermənistan ölkəmizin nəinki 20 faizə yaxın ərazisini, hətta İran İslam Respublikası ilə olan dövlət sərhədinin 100 km-dən çox hissəsini işğal altında saxlayır. Bu isə ölkənin gömrük orqanlarına, ölkənin bütün gömrük ərazisinə nəzarət imkanlarına kifayət qədər əngəllər yaradır.Keçmiş SSR İttifaqı unitar federasiya quruluşuna malik olduğuna görə, müttəfiq respublikaların heç birində sərbəst gömrük siyasəti mövcud olmamışdır. Sərt imperiya siyasəti bütün respublikaları sərbəst gömrük siyasəti yeritməkdən məhrum etdiyi üçün milli gömrük siyasətinin formalaşdırılmasına xeyli vaxt itirmək lazım gəlmişdir. Beləliklə, keçmiş müttəfiq respublikaların milli gömrük siyasətinin yoxluğu hər hansı praktikanın formalaşmasının qarşısını almışdır (3, 105).Müstəqillik əldə edən ölkəmiz bütün sadalanan çətinliklərə baxmayaraq, milli iqtisadiyyatın inkişaf etdirilməsi, eləcə də tənzimlənməsi ilə eyni vaxtda gömrük orqanlarının müstəqil strukturlarının təşkili və fəaliyyətinə xüsusi diqqət yetirdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) 1992-ci ildə Ümummilli lider H.Ə.Əliyevin gərgin səyi nəticəsində öz təşkilinə nail oldu. Məhz Ümumilli liderin şəxsi diqqəti nəticəsində gömrük işinin təşkili üçün lazım olan bütün siyası addımlar atıldı. Bu ənənə bu gün Azərbaycan Respublikasının Prezidenti dahi H.Ə.Əliyevin layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən uğurlu davam etdirilir və bu istiqamətdə tarixi uğurlar qazanılmışdır. Göstərmək zəruridir ki, Azərbaycanın iqtisadi həyatında xarici ticarət əlaqələrinin, eləcə də bu əlaqələrin inkişaf  etdirilməsinin mühüm rolu vardır. Məlumdur ki, ölkənin milli iqtisadiyyatı onun quracağı xarici ticarət  və xarici iqtisadi əlaqələrin  etibarlı sistemdən çox asılıdır. Nəzərə alınsa ki, Azərbaycan inkişaf etməkdə olan digər ölkələr kimi iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və dünya təsərrüfatı əlaqələri sisteminə inteqrasiya məsələsini paralel şəkildə həll etmək niyyətindədir, bunun nə qədər əhəmiyyət kəsb etdiyinə əlavə şərhə ehtiyac yoxdur. Xatırlatmaq yerinə düşər ki, müasir dünya ticarəti sistemi bütün ölkələrə qarşı xarici siyasətin sərt tələblərini və məhdudlaşdırılması təkliflərini irəli sürür. Ədəbiyyatda göstərildiyi kimi bu səbəbə görə inkişaf etməkdə olan hər hansı dövlətdə milli iqtisadiyyatın struktur cəhətdən tənzimlənməsinin təmin olunması son dərəcə vacib və zəruridir (5,142).Milli istehsalı qorumaq üçün iqtisadiyyatın strukturunun yüksəldilməsinə, inkişafın strateji istiqamətlərində ehtiyatların mərkəzləşdirilməsinə, bəzi istehlak mallarının ucuzlaşdırılmasına, Azərbaycan mallarına xarici bazarların açılmasına və  s. nail olmaq lazımdır. İstehsalın və istehlakın milli struktur xüsusiyyətləri, iqtisadi inkişaf səviyyəsi və digər amillərin xarici ticarətin tənzimlənməsi sisteminə kompleks yanaşma tələb edir. Xarici ticarətin tənzimlənməsi isə idxal-ixrac əməliyyatlarına xüsusi dövlət nəzarəti tələb edir ki, bu da bilavasitə gömrük işinin təşkili ilə bağlıdır.Azərbaycanın milli iqtisadiyyatının formalaşması ilə bağlı məsələnin təhlilinə keçməzdən əvvəl qısa şəkildə gömrük işinin təşkili üzərində dayanmağı məqsədəuyğun hesab edirik. Nəzərə almaq lazımdır ki, gömrük işinin mahiyyəti və strukturunun izahı və əsaslandırılması yalnız konseptual-nəzəri deyil, həm də praktiki məsələdir və bu, qanunvericiliyin tətbiqi nöqteyi-nəzərindən təcrübi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin I maddəsinə uyğun olaraq gömrük işi dedikdə, bütünlükdə gömrük siyasəti, habelə mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsi qaydaları və şərtləri, gömrük ödənişlərinin alınması, gömrük rəsmləşdirilməsi, gömrük nəzarəti və gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələri başa düşülür.Göstərmək zəruridir ki, gömrük hüquq normalarının tətbiqinin məkan hüdudlarının müəyyənləşdirilməsi üçün “gömrük sərhədi” məfhumundan istifadə olunur. Bu cəhətdən terminologiyanın işlədilməsi və ondan istifadə şərtlərinə əməl edilməsinin mühüm nəzəri-praktiki əhəmiyyəti vardır. Beləliklə, gömrük sərhədi dedikdə, gömrük ərazisinin perimetrləri – bu ərazinin konturlarının hüdudlarından ayıran xətt başa düşülür. AR GM-nin 3-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhədidir. Yuxarıda ifadə olunanlara istinadən qeyd etmək lazımdır ki, bütün bunların uğurlu davam etdirilməsi ölkənin milli iqtisadiyyatının lazımı səviyyədə formalaşdırılmasından çox asılıdır. Ədəbiyyatda haqlı olaraq deyilir ki, hər bir dövlətin iqtisadi-təsərrüfat uğurları onun milli iqtisadiyyatının elmi əsaslar üzərində formalaşdırılmasından, təbii ehtiyatlardan və digər iqtisadi resurslardan məqsədyönlü istifadə edilməsindən və nəhayət, möhkəm qanunvericilik tənzimlənməsindən asılıdır (4,76).                 Deməli, milli iqtisadiyyatın formalaşdırılması ən ümdə məsələlərdən biridir. Hazırda respublikamız suveren müstəqil dövlət kimi milli iqtisadiyyatını qurmaq yolunda inamla addımlayır. Əlbəttdə bu, nisbətən uzun sürən və tədrici proses olmuşdur. Azərbaycan müstəqil olduqdan sonra xeyli müddət keçid dövrü yaşamış, ölkədə bazar iqtisadiyyatının bərqərar olması sahəsində, hətta bir sıra imtahanlardan keçmişdir.  Respublikamızda müəssisələrin ittifaq tabeliyindən çıxaraq milli istehsal sferalarına keçməsi, onların təkrar istehsal əlaqalərindən azad olması və eyni zamanda respublikadaxili bazar münasibətlərinə cəlb olunması məhsuldar qüvvələrin inkişafının və milli iqtisadiyyatın formalaşmasının zəruri amilinə çevrilmişdir. İldən-ilə yeni iş yerlərinin açılması, yoxsulluğun ən minimum həddə endirilməsi respublika rəhbərliyindən gərgin və böyük əmək hesabına başa gəlmişdir. Azərbaycan hazırda iqtisadi cəhətdən intensiv tərəqqi edən dünya ölkələrindən birinə çevrilmişdir. Qeyd etmək zəruridir ki, bu cəhətdən son 15 il ərzində daha böyük nailiyyətlər qazanılmışdır.  Azad bazar iqtisadiyyatı şəraitində məhsuldar qüvvələrin tərkib elementi olan hər bir istehsal həlqəsi özü üçün ən məqbul və əlverişli əlaqə formasını seçməkdə sərbəstdir. Lakin istehsal həlqələri keyfiyyətcə yeni iqtisadi şəraitdə fəaliyyət göstərir və burada təşəkkül tapan istehsal münasibətləri müstəqil istehsalçıların (sahibkarların) qarşılıqlı fəaliyyətinin nəticəsi kimi təzahür edir. Ölkəmizdə azad, sərbəst sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açılmışdır. Azərbaycan Respublikası konstitusiyasının 15-ci maddəsinə əsasən “hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər”.   Göründüyü kimi, iqtisadi sistemin əsaslı məsələlərindən biri də mülkiyyət məsələsidir. İstehsal münasibətləri özünün bütün spesifik əlamətlərini mülkiyyətdə biruzə verir. Mülkiyyət və istehsalın uyğunsuzluğu hökmən iqtisadi yüksəliş stimullarının zəiflləməsinə gətirib çıxarır. Böhrandan çıxmaq üçün ya dövlət mülkiyyətinin saxlanmasının və möhkəmləndirilməsini zəruriliyini qəbul etməli, ya da mülkiyyət münasibətlərinin cəmiyyətin yeni iqtisadi bazisinə uyğunluğunu təmin etməklə məhsuldar qüvvələrin sürətli inkişafına təkan verilməlidir.  Hazırda respublikamız üçün iqtisadi siyasətdə ən mühüm məsələlərdən biri də iqtisadiyyatda sahələrarası və ərazi tarazlığının tənzimlənməsi üzrə struktur siyasətidir. Çox vacibdir ki, ümummilli mənafelər nəzərdə alınmaqla istehsal prosesinin son məhsul həddinə çatdıran təkrar istehsal sxeminin tətbiqi işi təmin edilsin. Respublika iqtisadiyyatında təkrar istehsalın bütün fazaları əhatə olunarsa, məcmu ictimai məhsulun natural dəyər və formalarında hərəkətinin daxili mərhələləri də tam əhatə olunar və nəticədə respublikada əmək məsrəflərinin, əmtəələrin obyektiv qiymət bazasını, əmək haqqı, ümumi daxili məhsul və s. əsas iqtisadi göstəriciləri real müəyyən etmək imkanı yaranar.  İqtisadi ədəbiyyatda qeyd edilir ki, müasir struktur siyasətini həyata keçirilməsində ilk addım kimi istehsal müəssisələri arasında “istehsal-istehlak” xətti ilə çatışmayan həlqələrin bərpası və ya yenidən yaradılması olmalıdır. Bundan ötrü özəl sahibkarlığı, xarici kapitalı maraqlandırmaq üçün vergi-gömrük, kredit siyasətində müvafiq dəyişikliklər aparılması, müəyyən güzəştlərin nəzərdə tutulması lazım gələcəkdir (4, 91).  Milli iqtisadiyyatın formalaşmasında mühüm əhəmiyyətli məsələlərdən biri də iqtisadi təhlükəsizliyin təmin olunmasıdır. İqtisadi təhlükəsizlik dedikdə, yeni yaranmaqda və dirçəlməkdə olan respublika iqtisadiyyatına hər cür mənfi xarici iqtisadi və siyasi xarakterli təsirlərdən qorumaq üçün görülən tədbirlər sistemi başa düşülür.  Bu respublikamızın xarici ölkələrlə əlverişli inteqrasiya əlaqələrinin saxlanması ilə yanaşı, daxili bazarın xarici diktatdan, rəqabətdən qorunması əsas vəzifələrdən biridir. Bundan ötrü idxal və ixrac proseslərindən milli mənafelərə xidmət edən, ilk növbədə daxili bazarın müdafiə olunmasını təmin edən gömrük, vergi və kredit siyasətinin həyata keçirilməsi mexanizmləri daha da gücləndirilməlidir. Şübhəsiz ki, bunsuz daxildə tamlıq təşkil edən iqtisadi sistem və milli iqtisadi mənafelərin daşıyıcılarının formalaşdırılması məsələlərinin həlli müəyyən çətinliklərlə qarşılaşa bilər.   İqtisadiyyatın daxili bütövlüyünə malik olmayan hər hansı bir dövlətdə milli birlik amili ön plana çıxır və bu amil ölkənin bütün potensial imkanlarını əlaqələndirir və milli iqtisadiyyatın formalaşmasında aparıcı qüvvə rolunu oynayır (3,107). Belə bir şəraitdə iqtisadi sistemin xarakterik xüsusiyyətlərindən biri qismində də onun inkişaf və idarə olunmasında bilavasitə milli təsərrüfat təcrübəsindən bacarıqla, məqsədyönlü surətdə istifadə edilməsidir.  Beləliklə, Azərbaycan öz milli iqtisadiyyatını formalaşdırarkən aşağıdakı prinsipləri əsas götürməlidir:<!--[if !supportLists]-->1.    <!--[endif]-->əsasən öz gücünə, potensial imkanlarına arxalanmaq (bu prinsip milli iqtisadiyyatın təhlükəsiz və sabit inkişafını təmin edir: Azərbaycan bu istiqamətdə artıq uğurlu addımlar atmışdır);<!--[if !supportLists]-->2.    <!--[endif]-->milli ənənələrə arxalanmaq və onları yaşatmaq (bu prinsip Azərbaycan xalqını öz məhsulları ilə dünyanın əksər yerlərində tanımağa xidmət edir);<!--[if !supportLists]-->3.    <!--[endif]-->milli iqtisadiyyatın formalaşması prosesində konkret tarixi şəraitin nəzərə alınması (ölkəmiz bu cəhətdən də xeyli nailiyyətlər qazanmışdır);<!--[if !supportLists]-->4.    <!--[endif]-->müxtəlif iqtisadi sistemlərin ən optimal bazar modellərindən milli mənafelərimizə uyğun istifadə edilməsi (Azərbaycanın inteqrativ iqtisadi fəaliyyəti bu sahədə də müəyyən müvəffəqiyyətlərin mövcudluğundan xəbər verir);<!--[if !supportLists]-->5.    <!--[endif]-->Azərbaycan iqtisadiyyatının formalaşdırıldığı zaman yalnız milli çərçivədə qalmaqla kifayətlənməmək, iqtisadi cəhətdən inkişaf etmiş dünya dövlətlərinin iqtisadi təcrübəsindən istifadə və həmin təcrübəni milli iqtisadiyyatın formalaşmasında tətbiq etmək.          Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında mühüm zəminlərdən biri qismində beynəlxalq iqtisadi əlaqələrin inkişaf etdirilməsi, eləcə də bu prosesdə obyektiv zəruriliyin nəzərə alınması çıxış edir.Dünya birliyinin praktikası şəhadət verir ki, dövlətlər arasında qarşılıqlı iqtisadi əlaqələrsiz milli iqtisadiyyatın dirçəldilməsi nisbi çətinliklərlə üzləşir. Məhz buna görə də beynəlxalq iqtisadi əlaqələr daim artır və genişlənir. Demokratik inkişaf yolunu tutmuş bütün dünya dövlətləri bunda son dərəcə maraqlıdır. Bu prosesin obyektiv zəruriliyinə və əsaslarına aşağıdakıları aid etmək olar:<!--[if !supportLists]-->a)   <!--[endif]-->ümumdünya əmək bölgüsü;<!--[if !supportLists]-->b)   <!--[endif]-->təsərrüfat həyatının beynəlmiləlləşdirilməsi.Özünün iqtisadi maraq və mənafe dairəsindən çıxış edən hər bir dövlət başqa dövlətlərlə həmişə qarşılıqlı iqtisadi əlaqələr yaratmağa və bunun qanunvericilik normaları (həm beynəlxalq hüquq normaları, müxtəlif saziş, konvensiya və müqavilələr, eləcə də milli qanunlar) vasitəsilə tənzimlənməsinə nail olmağa səy göstərir. İdeoloji, siyasi, elmi-mədəni, iqtisadi, dini və digər fərqlər dünya dövlətlərinin inteqrasiyasının qaşısını almaq iqtidarında deyildir.Bu da təsadüfü deyil. Çünki həmin inteqrasiya prosesinin əsasını dünyanın bütün iqtisadi, elmi-texniki potensialı, intellektual fikrin texnoloji sıçrayış edilməsi üçün səfərbər olunması, habelə insan zəkasının ən yüksək nəticələrindən insanlıq naminə istifadə olunması təşkil edir.Müasir dünyanın vəhdətini, dünya xaqlarının birliyini şərtləndirən amillər sırasına bəşəriyyəti narahat edən aşağıdakı qlobal problemləri də aid etmək lazımdır:<!--[if !supportLists]-->1.   <!--[endif]-->nüvə müharibəsinin qarşısının alınması;<!--[if !supportLists]-->2.   <!--[endif]-->zəif inkişaf etmiş ölkələrin iqtisadi geriliyinin aradan qaldırılmsı;<!--[if !supportLists]-->3.   <!--[endif]-->dünya enerji, xammal, ərzaq və demoqrafiya problemlərinin həlli;<!--[if !supportLists]-->4.   <!--[endif]-->kosmos və dünya okeanı sərvətlərinin dinc məqsədlər üçün mənimsənilməsi;<!--[if !supportLists]-->5.   <!--[endif]-->təhlükəli xəstəliklərin müalicəsi və aradan qaldırılması və s.Xarici ticarətin nəzəri müddəaları dünya təcrübəsi sınaqlarından keçmiş, müasir ümumdünya təsərrüfatında özünün tam təcəssümünü tapmışdır. Məsələn, Yaponiya çoxlu və mükəmməl ali təhsil almış yüksək ixtisaslı mütəxəssislərə malikdir. Burada ixtisaslı əmək ucuzdur, təbii ehtiyatlar isə məhdudur. Buna görə də Yaponiyada az xammal və material tutumlu, lakin yüksək ixtisaslı əmək tələb edən əşyaların (məsələn, video, televideo və s. bu kimi texnika) istehsalı səmərəlidir. Əksinə, Avstraliya böyük torpaq sahəsinə, lakin azsaylı insan və kapital ehtiyatlarına malikdir. Ona görə də burada torpaqla bağlı məhsulların – taxılın, yunun, ətin və s. istehsalı ucuzdur. Braziliyada isə tropik iqlimin, məhsuldar torpaqların, bol ixtisassız əməyin olması ucuz kofe (qəhvə) istehsalı üçün sərfəlidir.Dünya birliyinin  iqtisadi əlaqələrinin əsasını təşkil edən obyektiv meyarlarla  qiymətləndirdikdə Azərbaycanın dünya iqtisadi inteqrasiyasına qovuşmasını şərtləndirən (tələb edən) amillərə aşağıdakıları (ölkəmiz hazırkı mərhələdə iqtisadi inteqrasiyanın fəal iştirakçısıdır) aid etmək olar:<!--[if !supportLists]-->1.    <!--[endif]-->Azərbaycan ilk növbədə coğrafi cəhətdən məkanının əlverişli ərazidə və mülayim qurşağında yerləşməsi ilə dünyanın diqqətini cəlb edir. Ölkəmiz Avropada enerji təminatında böyük rol oynaya bilən dövlət kimi tanınır. Burada xarici iqtisadi əlaqələrin yaradılması üçün əlavə xərclər tələb olunmur;<!--[if !supportLists]-->2.    <!--[endif]-->Respublikanın kifayət qədər təbii resurslara və insan resurslarına, xammal ehtiyatlarına malik olmaqda xeyli üstünlükləri (neft, qaz, tütün, barama, balıq kürüsü, sitrus bitkiləri, müxtəlif mineral ehtiyatlarla zəngin olması və s.) vardır. Ölkəmizin indiki iqtisadi inkişaf sürəti təsdiq edir ki, yuxarıda adları çəkilən ehtiyatlardan səmərəli istifadə olunur;<!--[if !supportLists]-->3.    <!--[endif]-->Ölkənin ayrı-ayrı istehsal sahələrinin ən müasir avadanlıqları və texnologiya (bunların demək olar ki, hamısı beynəlxalq standartlara tam cavab verir) ilə təmin olunması;<!--[if !supportLists]-->4.    <!--[endif]-->Respublikanın hazırda beynəlxalq iqtisadi əməkdaşlığın nəticələrindən istifadə edib öz daxili iqtisadi problemlərini həll etmək sahəsində zəruri olan imkanları əldə etməsi və s.Nəzərə almaq lazımdır ki, Azərbaycan siyasi müstəqilliyini yaxın olan keçmişdə qazanmış ölkədir. Belə qısa müddət ərzində indiki tərəqqini əldə etmək o qədər də asan olmamışdır. Bu cəhətdən Respublika rəhbərliyinin böyük əməyi danılmazdır. Dünyanın çox nadir ölkələri belə inkişaf sürətinə malik olub. Hazırda dünya birliyinin iqtisadi cəhətdən elə fövqəldövlətləri vardır ki, onların idxal etdiyi məhsullar Azərbaycanda istehsal olunan mallarla müqayisəyə gələ bilməzlər. Məsələn, xarici ticarət nəzəriyyəsinin müddəalarına əməl olunduğu ABŞ kimi yüksək inkişaf etmiş bir ölkənin müəyyən istehsal sahələri banan, kakao-bob, qəhvə, çay, ipək-xammal, nikel, qalay, natural kauçuk və almaz kimi məhsulların idxalından asılıdır. Hazırda ölkənin müharibə şəraitində olmasına baxmayaraq, xarici ticarət əlaqələri mükəmməl bazar iqtisadiyyatı mexanizminin potensialından səmərəli istifadə edir. Artıq son 10 il ərzində respublikanın mövcud ixracat potensialından da düzgün istifadə edilməsi nəticəsində iqtisadi əlaqələrin tənzimlənməsi mexanizmi tam işlək vəziyyətindədir. Milli valyuta sabitləşmiş, ümumiyyətlə iqtisadi islahatların vaxtında və gücləndirilmiş rejimdə aparılması respublikanın xarici ticarət fəaliyyətinə və iqtisadi əlaqlərin tənzimlənməsinə güclü təkan vermişdir. Azərbaycanın xarici iqtisadi əlaqələrinin tənzimlənməsinin mühüm formalarından biri respublika iqtisadiyyatına xarici investisiya qoyuluşudur. Bu cəhətdən də ölkəmiz dünyanın inkişaf etmiş dövlətlərini diqqət və marağını özünə daha geniş dairədə cəlb etməkdədir. Son dərəcə müsbət haldır ki, XX yüzilliyin son illərindən fərqli olaraq son 10 ildə qeyri-neft sektoruna investisiya qoyuluşunun həcmi artmışdır. Bütün bu amil və göstəricilər Azərbaycanda bazar iqtisadiyyatının yetkinlik dərəcəsini əks etdirir. Ölkənin iqtisadi inkişafına dərin inam yaranmışdır. Bunu təkcə öz mütəxəssislərimiz deyil, xarici mütəxəssislər də etiraf edirlər. Ölkə daxilində sabit iqtisadi və siyasi vəziyyət hökm sürür. Xarici sahibkarların mülkiyyət hüquqları lazımı səviyyədə qorunur. Xüsusi sahibkarlıq hərtərəfli şəkildə həvəsləndirilir. Əhalinin işgüzar fəallığı durmadan artır. Xarici iqtisadi fəaliyyətin liberallaşdırılması da qeyd olunan  amillər sırasındadır. Son zamanlar xarici investorlara müəyyən güzəştli vergi və gömrük ödənişləri sistemi tətbiq olunur. Məsələn, onlar xaricdən istehsal avadanlıqları gətirdikdə gömrük rusumundan və idxal vergisindən azad olunurlar. Onlara öz məhsullarını lisenziyasız ixrac etmək hüququ verilir. Azərbaycanın xarici iqtisadi əlaqələrində mahiyyətcə yeni olan son dövr hadisələrindən biri onun bir sıra nüfuzlu beynəlxalq iqtisadi təşkilatlara üzv qəbul edilməsidir. Bu təşkilatlardan biri Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Valyuta Fondudur (BVF). BYİB və BVF BMT-nin ixtisaslaşdırılmış təşkilatlardır. Bundan başqa, Azərbaycan Beynəlxalq Gömrük Təşkilatı ilə də əməkdaşlıq edir.

Dövlət Diplomatiyası

Dövlət Diplomatiyası anlayışı bu gün üzərində müzakirə edilməkdə olan mənasında ilk dəfə ABŞ-ın Tafts Universitetinin Diplomatiya və Hüquq Üzrə Fletçer Məktəbi Dekanı Edmund Gullion tərəfindən 1965 ildə istifadə edilmişdir. Yenə əməkli bir diplomat olan Gullion tərəfindən "Edvard R. Murrow İctimai Diplomatiya Mərkəzi" nin yaradılması ilə akademik olaraq beynəlxalq münasibətlərin gündəliyinə girmiştir.bu mərkəzin çıxarmış olduğu əl kitabına görə dövlət diplomatiyası "dövlətinin mövqelərinin xarici siyasətlərin yaradılmasında və aparılmasındakı təsiri" ilə məşğul olurdu. Bu çərçivədə hökumətlər tərəfindən digər ölkələrdəki xarici ictimaiyyətlərinin dostluğunun əldə edilməyə çalışılması kimi beynəlxalq münasibətlərin ənənəvi diplomatiya xaricində qalan ölçülərini içinə alırdı.Qlobal rabitə sahəsindəki fəaliyyəti ilə tanınan Hans Tuch, dövlət diplomatiyasını "bir hökumətin, öz millətinin fikirlərinin və ideallarının, müəssisələrinin və mədəniyyətinin, milli hədəflərinin və mövcud siyasətlərinin başa düşülməsini təmin etmək məqsədilə, xarici xalqlarla ünsiyyət qurması prosesi" kimi təsvir etmişdir. Xarici cəmiyyətlərə qarşı, onlara təsir etməyi hədəfləyən rəsmi ünsiyyət, ölkələrin xarici siyasəti söz mövzusu olduğunda ictimaiyyətlərinin verə biləcəyi fayda ilə yanaşı çıxaracaqları maneələr də nəzərə alınmaqla yaradılmağa çalışılır.Yuxarıda göstərilən təriflər etibarilə əslində böyük miqdarda "təbliğat" ilə əlaqələndirilə olan fəaliyyətlərin dövlət diplomatiyası adı altında təsnif edildikləri görülməkdədir. Bu fərqli tərifin ən mühüm səbəbi "təbliğat" sözünün 20-ci əsr boyu yalan və yanlış informasiya istehsalı və ötürülməsi yolu ilə ictimaiyyətlərinin inandırılmasını hədəf alan əməliyyatlar nəticəsində yüklənmiş olduğu mənfi qəbul etməyin ortadan qaldırılmasıdır. Dövlət diplomatiyasında əsas məqsəd sadəcə həmin mesajların xarici ictimai rəy verilməsi deyil, qarşılıqlı ünsiyyətin qurulmasıdır. Geri koda əsaslanmayan bir dövlət diplomatiyası strategiyasının orta və uzun perspektivdə uğursuz olma ehtimalı yüksəkdir. Dolayısı ilə dövlət diplomatiyası strategiyaları müəyyən edərkən hədəf ölkə və ya ölkələr üçün ictimaiyyət araşdırmaları ilə tez-tez nəbz yoxlaması aparılmalıdır.Dövlət diplomatiyası ilə yaxından əlaqələndirilən digər bir anlayış isə strateji informasiyadır. Strateji kommunikasiya; Bir kollektiv təhlükəsizlik və müdafiə təşkilatı olan NATO məsələsinə çıxanda, NATO-nun kommunikasiya fəaliyyətləri və qabiliyyətlərinin -uygun olduğu kimi dövlət diplomatiyası, ictimaiyyətlə əlaqələr, hərbi, dövlət işləri, məlumat dəstək əməliyyatları, psixoloji əməliyyatlar- ittifaq siyasətlərini, əməliyyatlarını və fəaliyyətlərini dəstəkləyəcək şəkildə və NATO-nun məqsədlərini həyata keçirmək, koordinasiyalı və eş zamanlı istifadə edilməsi kimi təsvir oluna. Dövlət diplomatiyası strateji ünsiyyətin bir hissəsidir.Dövlət diplomatiyası yeni bir hadisə deyil. İmic inkişaf etdirilməsi, təbliğat, millət işarələmə kimi bu gün dövlət diplomatiyası kimi xarakterizə bir çox fəaliyyət demək olar ki, diplomatiyanın özü qədər eskidir.7 Antik Yunan və Romada, Bizans dövründə və İntibah İtaliya bu sahədə fəaliyyətlərə olduqca tez-tez rast gəlinir. 17-ci əsrdə Fransız Dilinin Lingua Franca (beynəlxalq diplomatik və kommersiya dil) olması, Fransız inqilabının idealları (Hürriyyət, Qardaşlıq, Bərabərlik) kimi kütlələrin könül vermiş olduğu ideyalar uğurlu dövlət diplomatiyasının nümunələri arasında sayılabilir. Birinci və İkinci Dünya müharibələri zamanı informasiyanın əhəmiyyətinin artması, xüsusilə İkinci Dünya Müharibəsi zamanı radionun təsirli bir şəkildə istifadə edilməsi, Soyuq Müharibə boyunca həm. ABŞ, həm də Sovet İttifaqının, Qərb və Şərq Bloklarının lideri iki ölkə olaraq ideologiyalarını yaymaq məqsədilə dövlət diplomatiyasının vasitələrindən istifadə etmələri siyasi tarixin əhəmiyyətli hadisələridir. Xüsusilə Soyuq Müharibə dövründə kinosu (Hollivud), musiqisi (Rokun Roll) və yaratdığı markalar (Blue Cins, Coca Cola) ilə ABŞ-ın, Sovetlər Birliyi yıxılmadan daha əvvəl dəmir pərdənin arxasındakı xalqlara çatmış olduğu məlumdur.Bu çərçivədə ənənəvi diplomatiya (standart diplomatiya) ilə dövlət diplomatiyası arasındakı fərqə baxdıqda ilk növbədə ənənəvi diplomatiyanın, dövlətdən dövlətə və ya hökumətdən hökumətə əlaqələr şəklində ələ alındığı görülür. Rəsmi əlaqələri əhatə etməsi dolayısı ilə ənənəvi diplomatiya böyük ölçüdə məxfilik içərisində aparılır.Dövlət diplomatiyası isə daha açıqdır (açıq diplomatiya) və xarici rəylərinə qarşı olduğu üçün mümkün olduğu qədər çox adama çata yollarını arayır. Bir hökumət və ya beynəlxalq təşkilatın digər ölkələrin xalqları və vətəndaşları ilə rəsmi və ya xüsusi şəxs və ya təşkilatlar vasitəsi ilə ünsiyyət qurması kimi də İfadə edəbiləyimiz., dövlət diplomatiyası hər cür kommunikasiya metodundan istifadə edərək və xüsusilə təhsil və mədəniyyət proqramları vasitəsi ilə geniş bir alanda tanıdım və yayın fəaliyyətlərini əhatə edir.Ənənəvi olaraq bir ölkənin diplomatları vəzifədə olduqları ölkələrdə o ölkənin rəhbərləri və digər ölkələrin diplomatları ilə ünsiyyət qururlar, xalq ilə ünsiyyətə keçmirlər. Bu mənada ənənəvi diplomatiyanın daha çox elitalara qarşı olduğu dəyərləndirilə bilər. Diplomatların sahib olduqları bu anlayış da daha çox siyasi və iqtisadi güc əsaslı ünsiyyət qurulmasına səbəb olur. Bu prosesdə çoxu dəfə ənənəvi diplomatiyanın əsrlərdir kök salmış qaydaları da müəyyən məhdudiyyətlər yaradır. Bir sözlə, ənənəvi diplomatiya hər hansı bir ölkədə piramidanın təpəsini hədəflər; Siyasi, hərbi və iqtisadi elita əlaqələr qurmağa çalışır. Dövlət diplomatiyasında isə hədəf piramidanın alt hissəsidir; Qadınlar və gənclər, bir sözlə xalqın özü prioritet hədəf kütləsidir.Xülasə olaraq; Ənənəvi diplomatiya dövlətlərin nümayəndələri arasında, ya da digər beynəlxalq təşkilatlarla əlaqələri əhatə edərkən, dövlət diplomatiyası xarici ölkələrdəki xalqı, rəsmi olmayan qrupları, təşkilatları və fərdləri hədəfə alır. Ənənəvi diplomatiyanın əsas agentləri suveren dövlətləri təmsil edən və onlar tərəfindən akkreditə edilmiş olan vəzifəlilərdən və məqsədləri dövlətlərarası münasibətlərdə çıxa biləcək problemləri minimuma endirmək və öz dövlətlərinin mənafelərini ən yaxşı şəkildə qorumaqdır. Ənənəvi diplomatiyada aktyorların rolları və məsuliyyətlərinin sərhədləri açıq olaraq müəyyənləşdirilmişdir. Dövlət diplomatiyası ümumiyyətlə beynəlxalq əlaqələrin ənənəvi diplomatiya başqa sahələrini əhatə edir.Dövlət diplomatiyasının inkişaf etmiş bütün ölkələrdə olduğu kimi Türkiyə üçün də yeni bir fakt olmadığı görülür. Həm Anadolu Agentliyinin, həm də indiki adı ilə Media və İnformasiya Baş İdarənin 1920de qurulmuş olması bunun əyani göstəricisidir. Ancaq yeni olan, xarici dövlətlərə qarşı keçirilən fəaliyyətlərin bu ad altında təşkilatlı bir quruluşda keçirməsidir. 2009-ci ildə, Xarici İşlər Nazirliyinin internet üzərindən sosial media vasitələrindən istifadə edərək dövlət diplomatiyası fəaliyyətləri keçirəcəyi bildirilmişdir. Dövlət diplomatiyası sahəsində nələr ediləcəyi maraq edilərkən, 30 Yanvar 2010-ci il 27478 saylı Baş Nazirin Sərəncamı ilə Dövlət Diplomatiyası Əlaqələndirici Təşkilatı yaradılmışdır. Qurumun məqsədi sərəncamda, "dövlət diplomatiyası sahəsində aparılacaq işlər ilə strateji informasiya və təbliğat fəaliyyətləri barədə ictimai qurum və orqanları ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq və koordinasiya etmək" olaraq ifadə edilmişdir. Dövlət orqanları üçün bu geliş- mələyir baş verərkən, qeyri-hökumət cəbhəsində də məsələ gündəmə gəlmişdir. Dövlət Diplomatiyası İnstitutu və Türk Asiya Strateji Araşdırmalar Mərkəzi dövlət diplomatiyası sahəsində işlər görməyə başlayıblar.Dövlət Diplomatiyası Əlaqələndirici Təşkilatı; Media İşləri, Siyasi Kommunikasiya, Mədəni İşlər, Təşkilati İşlər və Layihə İnkişaf Etdirmək vahidlərindən ibarətdir. Əlaqələndirici təşkilat, Fevral 2011 tarixi etibarilə bir internet saytına sahib olmuşdur. Dövlət Diplomatiyası Əlaqələndirici Təşkilatının kargüzarlıq xidmətləri Media və İnformasiya Baş İdarəsi tərəfindən yerinə yetirilir. Twitter səhifəsi da yerləşən Əlaqələndirici Təşkilat, buradakı təbliğatlarını Türkcə və İngiliscə olaraq aparmaqda, internet saytında isə yalnız Türkcə nəşr edilir. Dövlət diplomatiyasının prioritet olaraq beynəlxalq dövlətlərə qarşı aparıldığı düşündükdə bunun çox əhəmiyyətli bir çatışmazlıq olduğu görülür. İnternet saytında təkcə həyata keçirilən fəaliyyətlər çatdırılır. Dövlət diplomatiyasının mühüm ayaqlarını təşkil edən, təqaüdlər, xarici nəşrlər kimi tədbirlər saytda yer tapmır, dövlət diplomatiyası içində olan digər qurumlardan bəhs edilmir və əlaqə verilmir. Bu, əlaqələndirici təşkilatın ictimai diplomatiyasına dar dünyagörüşü ilə baxdığı təəssüratı verir. Əlaqələndirici təşkilatın Baş Nazirin bazasında quruculuğunun ən mühüm əsası olan bütün müvafiq qurumlar arasında koordinasiya təmin etmək vəzifəsi təəssüf ki bu halda natamam görülür. Əlaqələndirici təşkilat sosial mediadan istifadə etməkdə, twitter üzərindən anonslar həyata keçirir. Şəxsi bir günlüyə bənzəyən və 140 inad bir sahə bəxş edən twitter, səmimi və təsirli ünsiyyət qurmaq baxımından mühüm əhəmiyyət daşıyır. İstifadə edilən dil və məzmun bu istiqamətdə olmaqda lazımi hallarda internet saytına bağ verməklə məsələni maraq edənlərin məlumatlandırılması təmin olunur. Məhdud sahənin, çatdırılmaq istənən mövzunun başlığı xarakterində olması lazımdır. Halbuki, əlaqələndirici təşkilatın twitter saytı, belə bir tərkiblə yaradılmamış, girilən məlumatlarda doğru format güdülməmiş bu səbəblə də mənasız ifadələr oluşmuştur9. Twitterda İngilisdilli versiyanın var olması bu məsələdə müsbət münasibətdir. Ümumiyyətlə əlaqələndirici təşkilatın yeni olması səbəbiylə də hələ bütöv bir çərçivə təşkil etmədiyi görülməkdədir. Dövlət diplomatiyası tətbiq etmələri milli və beynəlxalq dövlətlərə yönəlik olaraq aparılır. Milli dövlətlərə qarşı həyata keçirilən əməliyyatlar beynəlxalq təcrübələri dəstəklədiyi məlumdur. Əlaqələndirici təşkilatın fəaliyyətlərinə baxanda hansı dövlətlərin güddüyü açıq olaraq görüləməməkdədir. Günümüz dünyası Mc Luhanın "qlobal kənd" metaforuna uyğun şəkildə inkişaf edir. Xüsusilə internetin və peyk nəşriyyatının inkişafı, məsafələri aradan qaldıraraq, adi vətəndaşların dünyanın ən uzaq guşəsində hadisələrdən xəbərdar olmasını təmin etmişdir. Dövlət diplomatiyası məhz bu texnoloji inkişafın nəticəsi kimi əhəmiyyəti getdikcə artan bir çalışma sahəsini təşkil edir. Günümüz dövlət diplomatiyası anlayışı xüsusilə dövlətlərin digər dövlətlərin vətəndaşlarına qarşı həyata keçirdiyi informasiya fəaliyyətlərini əhatə edir. Rabitə texnologiyaları, dövlətlərə birbaşa bütün dünya vətəndaşlarına çatmaq imkanı təmin etdiyindən, beynəlxalq arenada qəbul görmək istəyən bütün dövlətlər "duyğu və düşüncələri təsir göstərmək məqsədi ilə bu vasitədən istifadə etmək istəyirlər. Dövlət diplomatiyası ölkələrin öz siyasətlərini və mədəniyyətlərini xarici dünyaya çatdırmaq səyi olaraq ictimaiyyətlə əlaqələr fəaliyyətləri üst-üstə düşür.

Azərbaycan Xalq Cümhuriyyəti - 100 il

Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.Oxu.Az-ın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olmaları və milli dövlətlərin yaranması əsri kimi də daxil olub.1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Cümhuriyyətini elan etdilər.ADC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üç rəngli bayrağında türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Ancaq ADC cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdilər və Respublika süqut etdi.Respublika Günü - dövlət müstəqilliyinin bərpası günü - 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.www.oxu.az

Pozitiv düşünmə

Kiçik şeyləri dərd etməyin~ Uzun müddət bir yerdə gözləmək,haqsız tənqidlərə məruz qalmaq, yada ediləcək bir işin bütün yükünü boynuna götürmək kimi situasiya ilə rastlaşa bilərsiniz.Kiçik şeyləri dərd etməyərək öncə nələr qazana biləcəyinizi düşünün.İnsanların böyük əksəriyyəti həyat enerjilərinin böyük miqdarını "kiçik şeyleri dərd ederek" xərclədikləri üçün həyatın gözəlliklərini duya bilmirlər.Qüsursuz olmaya biləcəyinizi qəbul edin~ Bu günə qədər tam qüsursuzluğu axtaran bir insanın həyatında daxili rahatlıq tapa bildiyini söyləyə bilmərik.Hər şeyin mükəmməl olmasını axtarmaqla daxili rahatlıq istəmək bir birinə tərs mütənasibdir.Daha səbirli olun~səbir olmadan həyat cox bezdirici olar..Reallığı qəbul edin~həyat adil deyildir..Hər gün özünüzə biraz "səssiz zaman" ayırın...

XİN AXC-nin 100 illik yubileyi münasibətilə bəyanat yayıb

28 may 1918-ci il tarixində İstiqlal Bəyannaməsinin qəbulu ilə müsəlman dünyasında ilk parlament demokratiyası - Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi 114 min kvadratkilometr idi.İmperiyanın çöküşündən sonra meydana çıxan ağır daxili və xarici problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti səmərəli dövlət təsisatları qurmağa, vətəndaşlarının hüquqlarını müdafiə etməyə və beynəlxalq ictimaiyyətin etibarını qazanmağa müvəffəq oldu. Universal seçki hüququ, eləcə də qadınların səsvermə hüququ təmin edildi.Hökumət cavabdehlik və səlahiyyətlərin bölgüsü əsasında formalaşdı və Azərbaycan parlamenti ilk növbədə bütün müsəlman şərqində demokratik yolla seçilmiş, çoxpartiyalı və təmsilçiliyin təmin olunduğu qanunverici orqan idi. İki illik fəaliyyəti dövründə cümhuriyyət beş icraedici kabinet tərəfindən idarə olunub, parlament 155 iclas keçirib və 240-da çox qanun layihəsini müzakirə edib. Dövlət quruculuğu prosesinin digər zəruri sütunu parlament və nazirlər kabinetinin səlahiyyətlərini yoxlayacaq müasir məhkəmə sistemi yaradaraq Apelyasiya Palatasının təsis edilməsi oldu.Yeni formalaşmış cümhuriyyət təhsilə xüsusi diqqət göstərərək Bakı Dövlət Universitetinin əsasını qoydu. Cümhuriyyətin üzləşdiyi iqtisadi və siyasi çətinliklərə baxmayaraq, yüzlərlə gənc insana Avropanın qabaqcıl universitetlərində təhsil almaq üçün təqaüdlər verməklə uzunmüddətli insan kapitalına sərmayə qoyuluşuna çalışdı. Azərbaycan dili rəsmi dövlət dili elan edildi, milli üçrəngli bayraq və himn qəbul edildi, müasir teatr və opera təsis edildi. Azərbaycanın poçt markaları çap edildi və milli Azərbaycan valyutası - manat dövriyyəyə buraxıldı.İstiqlal Bəyannaməsində təsbit olunduğu kimi bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə dost münasibətlər yaratmaq Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edildi.Diplomatik müstəvidə əsas irəliləyiş Əlimərdan Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyətinin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq tanınmasına nail olmaq məqsədilə Parisə səfər etməsi ilə əldə edildi. Paris Sülh Konfransındakı nümayəndə heyətinin üzvləri azadlıq, hüquq və ədalət ideyalarına sadiqlilikləri ilə xarici nümayəndələri heyrətləndirdilər. Azərbaycanın müstəqilliyinin yekdil de-fakto tanınmasına müvəffəq olundu və Azərbaycan missiyası Paris Sülh Konfransının Ali Şurasına dəvət aldı.Tanınma məsələsi həll olunduqdan sonra hökumətin diqqəti səriştəli diplomatik korpus quruculuğuna doğru yönəldi.1919-cu ildə Azərbaycan diplomatiyası ilk addımlar atanda, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukrayna daxil olmaqla16 dövlətin Bakıda diplomatik missiyası fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəlikləri və baş konsulluqları Türkiyə, İran, Gürcüstan, Ukrayna, Ermənistan və digər ölkələrdə təsis edilmişdi.1920-ci ilin aprelində bolşeviklərin işğalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi çətinliklər, o cümlədən Ermənistanın ərazi iddiaları və Azərbaycana qarşı müharibəyə başlaması, mürəkkəb geosiyasi fitnə-fəsadlar və iqtisadi-sosial problemlər 1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasını da əhatə etdi.Ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət dərin tarixi və mədəni yaddaşımızı oyatmaqla, eləcə də müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlanılması və gücləndirilməsi üçün möhkəm əminlik aşılamaqla milli kimlik hissini inkişaf etdirdi. Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətini yüksək qiymətləndirən Azərbaycan xalqı bu il öz müstəqilliyinin 100 illik yubileyini fəxrlə və xüsusi bayram əhval-ruhiyyəsi ilə qeyd edir.Bu ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar Sərəncam imzalaması göstərilənlərin canlı təzahürüdür.Bu gün müstəqil, suveren və demokratik Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında öz uğurlu və effektiv idarəçiliyi ilə əldə etdiyi sosial-iqtisadi və insan kapitalı inkişafı, nailiyyətləri və beynəlxalq münasibətlərdə rolu və nüfuzu ilə Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını və məramlarını reallığa çevirir. Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sağ olsaydılar, bugünkü Azərbaycan Respublikası ilə fəxr edərdilər.Ümummilli lider Heydər Əliyevin kəlamı ilə desək “Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir”.

Azerbaycan Demokratik Cumhuriyeti'nin Kuruluşunun 100. Yıldönümü, TÜRKSOY'da Kutlandı

Uluslararası Türk Kültürü Teşkilatı TÜRKSOY, Azerbaycan Demokratik Cumhuriyeti'nin kuruluşunun 100. yıldönümü çerçevesinde program düzenledi.Azerbaycan Cumhuriyeti, Azerbaycan Silahlı Kuvvetleri'nin kuruluşu ve Nuri Paşa komutasındaki Kafkas İslam Ordusu'nun Bakü'ye gelmesinin 100. yıl dönümleri dolayısıyla, TÜRKSOY Genel Sekreterliği'nde "Azerbaycan Siyasi Jurnalistikanın Teşekkülü ve İnkşafı (1900-1920-ci İller)" kitabı tanıtıldı.TÜRKSOY, Azerbaycan Büyükelçiliği, "2018 Harekatı" ve "Yerli Düşünce Derneği"nin işbirliğinde düzenlenen etkinliğe Cumhurbaşkanı Başdanışmanı Yalçın Topçu, Azerbaycan'ın Ankara Büyükelçisi Hazar İbrahim, TÜRKSOY Genel Sekreter Yardımcısı Prof. Dr. Fırat Purtaş, 2018 Harekatı Kurucu Üyesi ve Türkiye Temsilcisi Saide Ekmen, Gazeteci Yazar Doç. Dr. Elnur Niftaliyev, Azerbaycan Silahlı Kuvvetleri’nden temsilciler ve basın mensuplarının yanı sıra çok sayıda davetli yer aldı.Program, şehitler için saygı duruşu ve iki ülkenin milli marşlarının okunmasıyla başladı.“TÜRKSOY'un kuruluşunun temelinde Türk halkları arasındaki dil, tarih, inanç, gönül birlikteliği var”Programın açılış konuşmasını yapan TÜRKSOY Genel Sekreteri Prof. Dr. Fırat Purtaş, Azerbaycan Demokratik Cumhuriyeti'nin 100. yılı çerçevesinde böyle bir etkinliği evsahipliği yapmak ve 100 yıl önce Azerbaycan'ın bağımsızlığının temellerini atan büyük isimleri, aydınları hep birlikte anmaktan duyduğu memnuniyeti dile getirdi. Bu yıl TÜRKSOY'un da 25. yılını kutladığını hatırlatan Purtaş, "Bu yıl Azerbaycan Demokratik Cumhuriyeti'nin kuruluşunun 100. yılı olduğu gibi, TÜRKSOY'un da kuruluşunun 25. yıldönümü. TÜRKSOY 1993 yılında Türk cumhuriyetleri kültür bakanlarının imzasıyla Türk cumhuriyetleri arasında oluşturulan, ilk çoktaraflı işbirliği yapısında uluslararası bir kuruluş. TÜRKSOY'un kuruluşunun temelinde bu ülkelerin halkları arasındaki dil birlikteliği, tarih birlikteliği, inanç birlikteliği, gönül birlikteliği yatmaktadır. Bu birlikteliğin daha da pekiştirilmesi için çeyrek asırdır faaliyet gösteren bir uluslararası örgüt. Mutlulukla söyleye biliriz ki, TÜRKSOY artık Birleşmiş Milletler, UNESCO ve dünyanın pek çok kültür merkezide adından saygıyla bahsedilen saygın bir kültürel diplomasi örgütüdür." diye konuştu.“TÜRKSOY’un temel felesefesi 100 yıl önce Azerbaycan’ı kuran Türk aydınlar tarafından atıldı”TÜRKSOY'un kuruluş temelini oluşturan fikirlerin de temellerini 20. yüzyılın başlarında Azerbaycan Cumhuriyetini kuran aydınlar tarafından atıldığını vurgulayan Fırat Purtaş, "Bu fikrin temellerini 100 sen önce Azerbaycan Cumhuriyetini kuran aydınlar atmışlar. Azerbaycanlı aydınlar, Gaspıralı İsmail'in kurmuş olduğu Usul-ü Cedit okullarında yetişen öğrenciler, gençler, 1900 - 1920 yılları arasında çıkardıkları gazetelerle, dergilerle daha 20 yaşlarında bugünkü bağımsızlığın temelini atmış ve bugün bizi biraraya getiren, bizi birleştiren, aramızdaki kardeşlik bağlarını güçlendiren fikirleri, işte bu dönemde Bakü'de, İstanbul'da, Kazan'da savunarak, neşrettikleri yayınlar ile bu fikri toplumun geneline yerleştirmişler. Bu sayede Azerbaycan Demokratik Cumhuriyeti'nin kurucusu Mehmet Emin Resulzade'nin dediği gibi yükselen bayrak bir daha inmemiş,1991 de kısa bir aradan sonra, yeniden Azerbaycan'ın semasında yükselmiştir. Türk halklarının kardeşliği ideali ortadan kalkmamış, yeniden canlanmış, her zaman varolan, süreklilik gösteren bu fikir, 1990'dan sonra yeniden güçlenerek günümüze kadar devam etmiştir. Azerbaycan Demokratik Cumhuriyeti, onu kuran aydınların fikirleri sayesinde bugün 100. yaşını bütün Türk Dünyası'nda kutluyor. Azerbaycan ve bütün Türk devletlerine bağımsızlıklarını koruyarak ebediyete kadar mevcudiyetlerini devam ettirmesini diliyor, bu fikirle bu mücadeleyi veren ve pek çoğu Stalin zulmüyle şehit edilmiş bu öncüleri saygıyla, rahmetle, minnetle anıyorum." şeklinde konuştu.“Azerbaycan ve Türkiye dar zamanda bir birinin yanında olan “ikiz kardeş””Programda konuşma yapan Cumhurbaşkanı Başdanışmanı Yalçın Topçu, bu etkinliğe evsahipliği yapan TÜRKSOY'un önemine değinerek, kuruluşun Türk-İslam Dünyasının UNESCO'su olarak değerlendirdi. Azerbaycan ve Türkiye arasındaki ilişki ve kardeşlik bağlarının dünyanın hiçbir yerinde rastlanmadığına vurgu yapan Topçu, iki ülkenin aynı aile içerisindeki "ikiz kardeş" vasfında olduğunu söyledi. Dar zamanlarında iki ülkenin birbirinin yanında olduğunu, yardımına koştuğunu ifade eden Topçu, Atatürk'ün Azerbaycan'la ilgili ifadesini de anımsatarak, şunları kaydetti:"Bir aile olur, ailenin içerisinde 6-7 tane kardeş olur. Bunların iki tanesi ikiz olur. Onların beraber başları ağrır. Beraber üzülürler, sevinirler. Azerbaycan ile biz böyleyiz. Biz, ikiz kardeşiz. Azerbaycan, en dar anında, Türkiye dardaysa, Türkiye'nin yardımına koşmuştur. Türkiye de en dar anında, Azerbaycan dardaysa, onun yardımına koşmuştur. Atatürk, Azerbaycan'la ilgili konuşmasında diyor ki; 'Onların sevinci sevincimiz, kederi kederimizdir.' Bu, tarih boyu hep böyle olmuştur. Bu 6 devletimiz, kıyamete dek güçlü ve müstakil şekilde bağımsız olacaktır. Azerbaycanımızın 3 renkli bayrağı, en yükseklerde dalgalanacaktır."Batı medeniyetinin dünyasında, soykırım ve mezalim olduğunu söyleyen Topçu, Batı'ya karşı "ikiz kardeş" Ankara ve Bakü'nün ayağa kalkması gerektiğinin altını çizerek şunları söyledi:"Şunların medeniyetinin hakim olduğu dünyaya bir bakın. Doğu Türkistan'dan itibaren Avrupa'nın ortasına kadar bir bakın. Daha dün Srebrenitsa'da Aliya'nın çocuklarını, dünyanın gözü önünde soykırıma tabi tuttular. Filistin'de aynı şey. Irak'ı, Suriye'yi yerle yeksan ettiler. Kürdün, Türkmenin, Arabın çocuğunu alçakça katlediyorlar. Kafkaslar'da kan dökülüyor. Arakan'da bir yudum suyla buluşamayan çocuklar hayatlarını yitiriyor. Afrika'da mezalimi anlatacak dilimiz yok. Bütün bunları yapan, bizim medeniyetimiz değil. Bu dünyanın bizim medeniyetimize ihtiyacı var. Onun için Bakü'nün ve Ankara'nın ayağa kalkması lazımdır. Neticede, bu ikiz kardeş ayağa kalkarsa diğer kardeşlerin elinden tutacaktır. Filistinliler de Aliya'nın evlatları da hayatlarından emin olacaklardır.""Azerbaycan'ı diğer Türk halkları örnek aldı"Etkinliğe evsahipliği yapan TÜRKSOY'a teşekkürlerini ileterek konuşmasına başlayan Azerbaycan'ın Ankara Büyükelçisi Hazar İbrahim, Azerbaycan Demokratik Cumhuriyetinin kuruluşunun 100. yılının "Kardeş Türkiye"nin her bir bölgesinde çeşitli etkinliklerle kutlandığını belirtti.Azerbaycan Cumhuriyetinin 100. kuruluş yıldönümünün başta Azerbaycan olmak üzere bütün Türk-İslam coğrafyası için çok önemli olduğunu kaydeden Büyükelçi, "1918 yılında bütün Türk Dünyası ve İslam coğrafyasında ilk demokratik cumhuriyet olan Azerbaycan Demokratik Cumhuriyetinin kurulması herkes için örnek oldu. Azerbaycan'ı diğer kardeş Türk halkları örnek alarak kendi cumhuriyetlerini kurdu." dedi.Bugün tanıtımı yapılan "Azerbaycan'da siyasi gazeteciliğin oluşumu ve gelişimi" kitabının o dönemin birçok olayının yansıtılmasını sağladığını vurgulayan İbrahim, Azerbaycan'ın kurulduğu ilk aylarda Azerbaycanlı aydınların kendi ülkelerini tanıtmak için çok büyük çaba sarfettiklerini ve büyük bir "kahramanlık örneği" gösterdiklerini kaydetti.İbrahim, bugün üstlerine düşen görevin, Azerbaycanlı aydınların 20. yüzyılın başında yaptıkları işi devam ettirerek ülkelerini tanıtmak, kalkındırmak ve kuvvetlendirmek olduğunu vurguladı. Azerbaycan yönetiminin bugün yürüttüğü başarılı siyaset nedeniyle Azerbaycan'ın uluslararası arenada tanındığı ve saygı gördüğünü vurgulayan İbrahim, bugün ülkesinin iyi eğitilmiş, güçlü insan kaynağına sahip olduğunu belirtti.“2018 harekatı 2018 yılıyla sınırla kalmayacak”2018 Harekatı Kurucu Üyesi ve Türkiye Temsilcisi Saide Ekmen ise konuşmasında “2018 Harekatı” hakkında bilgi verdi. Ekmen, 2018 yılının Azerbaycan için dünya tarihine yazılan birçok önemli olayları ile hatırlanacak olduğunu belirtti.Azerbaycan Cumhuriyeti’nin kuruluşunun 100. yıldönümünde tüm ülkede resmi olarak kutlanması konusunda İlham Aliyev’in 16 Mayıs 2017 tarihli kararname imzaladığını hatırlatan Ekmen, bu kararnameyi esas alarak, ülkenin siyasi,ekonomik, bilim, kültür, akademik ,hukuk ve diğer sahalarda tanınmış 100 kurucu üyenin teşebbüsü ile “2018 Harekâtı”nı kurduklarını ifade etti. Kurucu üyeler hakkında da bilgi veren Saide Ekmen, “2018 Harekâtı;Azerbaycan’ı,tarihimizi,millî düşünce ve duygularımızı,kültürümüzü tüm dünyaya tanıtmak için kurulmuş bir teşkilattır.Harekat faaliyeti sadece 2018 yılı ile sınırlı kalmayıp gelecek yıllarda da aktif bir şekilde devam edecektir.Bu amaçla kurucularımız arasında Prof.Jale Aliyeva,Adil Aliyev,Sona Aliyeva,Türkiye’nin Eski Azerbaycan Büyükelçisi Hulusi Kılıç,KırgızistanEski Dışişleri Bakanı Diplomat Askar Aytmatov, Cumhurbaşkanı Başdanışmanı Yalçın Topçu ve başka birçok değerli insanlar vardır.” dedi.Programda, 2018 Harekâtı Kurucu üyesi Gazeteci-Yazar Doç. Dr. Elnur Niftaliyev tarafından, “Azerbaycan Siyasi Jurnalistikanın Teşekkülü ve İnkşafı (1900- 1920-ci İller) adlı kitabının tanıtımı gerçekleştirdi. Niftaliyev, Azerbaycan Demokratik Cumhuriyeti'nin kurucuları olan aydınların milli mücadelesi, fikri gelişimi ve bağımsızlık görüşlerinin yayınlar vasıtasıyla geniş kitlelere aktarılma çabasına değindi.Programda ayrıca Azerbaycan'ın genç aydınlarının temsilcisi olarak konuşma yapan Turan Gafarlı, Azerbaycan'ın bağımsızlık mücadelesi yıllarına ilişkin eğitim aldığı İngiltere'de yapılan çalışmalar hakkında bilgi verdi.

Türkiye, Azerbaycan Halk Cumhuriyeti İçin Para Bastı

Türkiye Cumhuriyeti, Azerbaycan Halk Cumhuriyeti'nin kuruluşunun 100. yılı için hatıra parası bastı.ANKARA 26 MAYIS 2018 -Türkiye Cumhuriyeti, Azerbaycan'ın kuruluşunun 100. yılı için hatıra parası bastı. Türkiye Cumhuriyeti Başbakanlık Hazine Müsteşarlığı Darphane ve Damga Matbaası Genel Müdürlüğü tarafından basılan Azerbaycan hatıra parası 125 liraya satılıyor.Türkiye Cumhuriyeti Başbakanlık Hazine Müsteşarlığı Darphane ve Damga Matbaası Genel Müdürlüğü tarafından yapılan "Hatıra Parası" açıklaması şöyle;"Kafkasya Federasyonu'nun fonksiyonelliğini kaybetmesi sonucunda kurulan Azerbaycan milli konseyi, 28 Mayıs 1918 tarihinde Tiflis’te Azerbaycan Cumhuriyetini ilan etti. Müslüman şarkında ilk cumhuriyet olarak ilan edilen Azerbaycan Devleti o coğrafyada Türk ulusunun yeniden doğuşunun Kafkas İslam ordusu kurulduğu günden itibaren Azerbaycan cumhuriyetinin en büyük destekçisi olduKafkas İslam ordusunun özelliğinden 15 Eylül 1918 tarihinde başkent Bakü işgalcilerden temizlendi ve hükumet burada çalışmaları sürdürdü. 1919 yılında parasını basan milli ordusunu kuran Azerbaycan cumhuriyeti Ocak 1920£de birleşmiş devletler cemiyeti tarafından tanındıSosyalist Rusya'nın yayılmacı politikalarına ve bölgede artan gerilime karşı direnç göstermeyen devlet 27 Nisan 1920 tarihinde iktidarı Bolşeviklerin eline geçmesine engel olamadı XI. Kızıl ordunun bakiye girmesiyle şarkın ilk cumhuriyetinin 23 aylık onurlu yaşamı sona ermiş oldu, Azerbaycan cumhuriyetini yediden bağımsızlığını 18 Ekim 1991 tarihinde ilan etmiştir."Kaynak: QHA